Çox Üşüyənlər OXUSUN..

loading...

Çox Üşüyənlər OXUSUN..

 
 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Normal şəraitdə ətrafınızdakı insanlar soyuq hiss etmir, lakin siz isə soyuq hiss edib qalın bir yorğana bürünüb qızınmaq istəyirsinizsə, deməli bunun üstündə düşünmək lazımdır.


Belə hallardan çox zaman qadınlar əziyyət çəkir, çünki onlar həm fiziloji, həm də soyuğa həssas olduqları üçün bu baş onlarda daha çox olur.Belə halların baş vermə səbəblərinə göz ataq :


Çəki çatışmazlığı
Bədən kütləsinin az olması ssizdə soyuğa qarşı həssaslığı bir neçə səbəblə yarada bilər.Əvvəla onu qeyd etmək lazımdır ki, çəki azlığı bədəndə lazımi qədər piy ehtiyatının olmamasıdır ki, bu da soyuğa qarşı dayanaqlılığı aşağı salır.İkincisi isə, bədən kütləsi az olduğu zaman lazımi qədər kalori olmadığı üçün orqanizmdə də maddələr mübadiləsi düzgün getmir.Bu problemləri aradan qaldırmaq üçün isə, yaxşı olar ki, çəkinizi bir qədər artırasınız.Yaxşı olar ki, bu tərkibi zülal, karbohidratlarla zəngin olan qidalar olsun.


Qalxanvari vəzi sizə siqnal verir
Hər zaman soyuq hissetmə - qalxanvari vəzinizdə problemin olması haqqında siqnaldır.Hətta daimi hissedilən soyuqluq hissi - hipotireozun əlamətidir demək olar ( qalxanvari vəzin funksiyasının aşağı düşməsi və hormonların düzgün işləməsidir ).Hormonlar lazımi səviyyədə olmadıqda orqanizmdə maddələr mübadiləsi yavaşıyır və bədən də get - gedə soyuyur.


Dəmir çatışmazlığı
Dəmirin az olması - çox üşüməyin ən geniş yayılmış səbəblərindəndir.Məhz dəmirin köməyi ilə orqanizmdə oksige yaxşı dövr edə bilir.Dəmir çatışmazlığı olduqda isə orqanizmdə bu qan hüceyrələrinin dövretməsi gecikir və siz domağa başlayırsınız.


Qan dövranının zəifləməsi
Əgər bədən üzvlərinizin bütün hissələri normal olduğu halda, yalnız əlləriniz və dabanlarınız donursa, deməli qan dövranı zəif gedir və o bədəndə olan son nöqtələrə qan dövretməni çatdıra bilmir.Bunun səbəbi isə ürək - damar xəstəlikləri ola bilər.


Kifayət qədər yatmamaq
İnsan lazım olduğu qədər yatmadığı təqdirdə bu ilk növbədə onun sinir və əsəb sistemini korlayır.Belə olduğu təqdirdə də orqanizm də bütünlükdə öz fəaliyyətini normal şəildə yrinə yetirə bilmir.


B12 vitamini çatışmazlığı
Bu vitamini biz yalnız heyvani mənşəli məhsullardan ala bilirik və o çatışmazdığı təqdirdə həmin insanda donma halları yaranmağa başlayır.Bu vitamin orqanizm üçün qırmızı qan hüceyrələrini yaratmaq üçün lazımdır ki, onların da köməyilə oksigen bədəndə daha yaxşı dövr etdin.B12 vitamin çatışmazlığını aradan qaldırmaq istəyirsinizsə, qida rasionunuza yağsız ət, balıq və süd məhsulları daxil edin.


loading...
Oxşar xəbərlər