Siz Də Yeməyi Sürətli Yeyirsinizsə..

loading...

Siz Də Yeməyi Sürətli Yeyirsinizsə..

 
 

Aile.fenomen.az saytı məlumat verir ki,


Xirosoma universiteti mütəxəssisləri tərəfindən aparılan yeni tədqiqatda 642 kişi və 441 qadın iştirak edib.Tədqiqat başladığı zaman iştirak edən könüllülərin orta yaş dövrü 51 yaş olub.İştirak edən bütün şəxslər tamamilə sağlam olublar.Könüllülərdən onların yeməyi ecə yedikləri soruşulub.Eləcə də iştirakçılara ümumi həyat tərzləri haqqında da suallar verilib.


Daha sonra könüllüləri 3 qrupa ayırıblar.İlk qrupa yeməyi asta yeyənlər, 2 - ci qrupa normal yeyənlər, 3 - cü qrupa isə sürətli yeyənlər bölünüb.


Mütəxəssislər könüllüləri təxminən 5 il izləyib.Bu müddət ərzində 84 nəfərdə ürək xəstəliyi risklərin və şəkər, diabet kimi problemlər üzə çıxıb.


Mütəxəssislər belə qənaətə gəliblər ki, iştirakçılardan sürətli yeyənlərin 11,6 % - də metabolitik sindrom inkişaf edib, normal sürətlə yeyənlərin 6,5 % - də, asta yeyələrin isə 2.3  % - də aşkar edilib.Sonda isə qeyd etmək lazımdır ki, sürətli yemək yeyərkən çəki artımı, belin həcminin artması, qanda qlükozanın artması baş verir.

 


loading...
Oxşar xəbərlər