Ən Faydalı Mürəbbə Hansıdır, Bilirsinizmi?

loading...

Ən Faydalı Mürəbbə Hansıdır, Bilirsinizmi?

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Əksəriyyətimizin uşaqlıqdan bəri ən sevdiyi şirniyyat mürəbbə olub.Dadlı və şirin olmasından əlavə, mürəbbənin sağlamlığımız üçün faydalı tərəfləri də olduqca çoxdur.

Mütəxəssislər sağlamlıq və immunitet üçün ən faydalı hesab olunan 4 mürəbbə növünü ayırd ediblər.Bu mürəbbə növlərini bir - bir sizilə tanış edəcəyik :

1. Çaytikanı mürəbbəsi
Çaytikanının tərkibində bol miqdarda vitamin C mövcuddur.Soyuq qış aylarında immuniteti möhkəmlədirmək üçün orqanizmin məhz bu vitaminə olan ehtiyacı yüksəlir.Çaytikanının daha bir özəlliyi isə odur ki, tərkibində fitonsidlər - mikrob əleyhinə maddələr vardır.

2. Quşarmudu mürəbbəsi
Tərkibinin faydalı xüsusiyyətlərinə görə ikinci yerdə quşarmudu mürəbbəsidir.Bu giləmeyvə də immuitetin möhkəmlənməsi üçün yaxşı vasitədir.O, həm də sinir gərginlikləri və stresslə mübarizədə də çox təsirlidir.Ümumi şəkildə desək quşarmudu mürəbbəsi arterial təzyiqia aşağı salmağa, immuniteti yüksəltməyə və stress əleyhinə vasitə kimi çox faydalıdır.

3. Quşüzümü mürəbbəsi
Üçüncü yerdə isə quşüzümü mürəbbəsidir.Məlumdur ki, bu turş mürəbbə qan təzyiqini və xolesterini aşağı salır.Bu mürəbbə həm də ürək - damar xəstəliklərindən əziyyət çəkən insanlar üçün də çox faydalıdır.O həm də mədə xorasının yaranmasının da qarşısını alır.

4. Gavalı mürəbbəsi
Gavalı mürəbbəsi isə bu siyahıda dördüncü yerdədir.Bu sevilən meyvə vitamin P ilə olduqca zəgindir.O orqanizmə yalnız xaricdən daxil olur.Gavalı mürəbbəsi o cümlədən damar divarlarını möhkəmləndirir və trombların yaranmasının qarşısını alır.

Mürəbbəni bütün faydalı elementlərini özündə saxlamaqla hazırlamaq üçün onu bir neçə mərhələdə bişirmək lazımdır.İlk əvvəl qaynadıqdan 5 - 7 dəqiqə sonra onu ocaqdan götürmək lazımdır.Mürəbbə hazır olana kimi onu bu tərzdə bişirmək lazımdır.
Yalnız ona diqqət etmək lazımdır ki, mürəbbəyə şəkər əlavə edərkən müəyyən hədd aşılmasın.Çünki bu ziyanlı məhsul ürək damar xəstəliklərinə və hətta onkoloji xəstəliklərə belə yol aça bilir.






loading...
Oxşar xəbərlər