Yağlı Yeməklər Yeyərək Necə Kökəlməmək OLAR ?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Arıqlamaq və artıq çəkilərindən azad olmaq istəyənlərin ilk düşüncəsi sözsüz ki, bu olur - gözəl bədən quruluşuna və ölçülərinə sahib olmaq üçün qida rasionundakı yağlı və kalorili qidaları çıxartmaq lazımdır.
Yeməkdən tamamilə imtina etmək doğru deyil.Dietoloqlar bunun tam tərsini məsləhət görürlər, yemək lazımdır, tez - tez lakin kiçik porsiyalarla.Belə bir rejim beyinə müəyyən neyronlar çatdırır ki, belə olan halda da aclıq hissi itir.
Pensilvaniya universitetinin elmi işçiləri qidanın qoxusunu, dadını, görüntüsünü müəyyən edən və ümumiyyətlə aclıq hissinə cavab varən neyron - hipotalamus neyronunu tədqiq etməyə başlayıblar.Eksperiment labarator gəmiricilər üzərində aparılıb.İlk əvvəl gəmiricilərə tərkibində heç bir qida dəyəri olmayan aromalaşdırılmış gel verilib.Bunun nəticəsində mütəxəssislər hipotalamusun fəaliyyətini izləyə biliblər.Bir neçə dəqiqə keçdikdə sonra gəmiricinin beynindən yeidə aclıq impulsları verilib.
Artıq eksperimentin ikinci mərhələsində gəmiricilərə müəyyən kalorili gellər verilib.Belə qidanın verilməsi nəticəsində gəmirici artıq uzun müddət aclıq hissi çəkməmişdir.Bunlardan da əlavə, kalorili gelin qoxusu və dadı daha güclü olduğu üçün bu qidanı daha tez yemək arzusu yaranmışdır.
Daha sonra isə gəmiricilərə əsasən həzm zamanı yaranan peptid, amilin və xolesitokin adlı hormonlar yerdilib.Bunlardan öcə heç bir şey yemədikləri halda gəmiricilər özlərini tamamilə tox hiss ediblər.
Ekspertlər indiki araşdırmalarında da hormoların aclıq hissinə necə təsir göstərdiyini geniş şəkildə araşdırırlar.Onların məqsədi isə beyini " aldadaraq " aclıq hissinə qalib gəlməkdir.
loading...