GÖZALTI GÖYƏRMƏLƏR Səbəb və aradan qaldırılması yolları

loading...


Aile.fenomen.az saytı xanımlarımızın diqqətini daha çox cəlb edəcək məlumatlar bölüşməyə davam edir.

Gözaltı göyərmələr cinsindən asılı olmayaraq, həm xanımlarda, həm də kişilərdə rast gəlinir.Bir çox kişilər buna o qədər də əhəmiyyət verməsələr də, xanımlar üçün bu əsl problemdir.Əgər bu cür göyərmələr cuzi olaraq nəzərə çarpırsa, onu kosmetika və makiyajın köməyilə asanlıqla aradan qaldırmaq olar.Lakin ciddi göyərmə görüntüsünə heç bir kosmetika əlac ola bilməz.

Göyərmələr nə üçün yaranır, onun yaranmasının səbəbi nədir ?

İş bundadır ki, göz altımızda olan dəri qatı digər üz nahiyyəmizdə olan dəri qatından qat – qat nazik təbəqəni təşkil edir.Onda əzələlərin sayı da çoxdur.Orada normal qan dövranı pozulduğu an ciddi qanaxma baş verir.Bu problemi kökündən həll etmək üçün onun ilkin başvermə səbəbini öyrənmək lazımdır.

Göz altında olan göyərmələr təbii, yəni genlə ötürülən bir problem də ola bilər.Bu cür göyərmələr olduğu zaman siz yüngül kosmetikanın köməyilə vəziyyəti öz xeyirinizə dəyişə bilərsiniz.Həmçinin onu da qeyd edək ki, göz altı göyərmələr bir çox xanımlarda dərisinin quru və nazik olmasından irəli gəlir.Dəri hər nə qədər nazik olarsa, onun üzərində kapillyarlar da o qədər çox nəzərə çarpır.Bu problemin meydana çıxmasına səbəb yaş dövrünün artması da ola bilər.Və ən nəhayət, daimi pəhriz həvəskarları bu cür problemlərlə ən çox rastlaşanlardan biridir.Çəkinin qəflətən azalması onların əmələ gəlməsinə səbəb olur.Qadınların yaşı artdıqca, mövcud olan göyərtilər daha da bəlli olmağa başlayır.Sizə bunu ilk olaraq bildirək ki, təbii yolla əmələ gələn göyərtiləri aradan qaldırmaq çox çətindir.Ona görə də yaxşısə budur ki, onları göz aldadılması üsulu ilə gizlətməyə çalışaq.

Lakin, pis və yorğun həyat tərzi ucbatından yaranan göyərmələri aradan qaldırmaq mümkündür.Məsələn, xroniki yuxusuzluq nəticəsində hər bir insanın gözünün altında göyərmələr yarana bilər.İnsanın gündəlik normal yuxu rejimi 8 saatdan az olmamalıdır.Məhz yuxunuzu tam aldığınızdan sonra bu problemdən qurtula biləcəksiniz.

Düzgün olmayan qidalanma – bu da göyərmələrin yaranması üçün böyük zəmindir.Yağlı, duzlu,marinadlaşdırılmış və konservləşdirilmiş qidaların daimi qəbulu nəticəsində onu yadda saxlayın ki, gözaltı belə problemlərin olması qaçılmazdır.Bəs onun müalicəsi nə cür baş verəcək ? Hər şey çox asandır.Sadəcə yemek rasionunuzu dəyişmək buna öz təsirini tez bir zamanda göstərəcək.

Haqqında danışdığımız problemi yaradan ən böyük səbəblərdən biri də tez- tez baş verən həyəcanlanma hissidir.Stress, depressiya və keçirilən bu cür narahatlıq hissi nəticəsində qan dövranının normal hərəkəti pozulur və qanda oksigenin miqdarı azalır.Bu da mövcud problemin baş qaldırmasına səbəb olur.

Və sonda əgər bu deyilənlərdən heç biri sizə uyğun deyilsə və sizin gözaltı göyərməniz varsa yaxşı olar ki, həkim yanında yoxlamadan keçəsiniz.Çünki bu cür gözaltı göyərmə hər hansı bir xəstəliyin ilkin əlaməti də ola bilər.Bu xəstəlik müalicə olunduğu müddətdə də siz də gözaltı olan probleminizdən qurtulmuş olacaqsınız

loading...
Oxşar xəbərlər