DOĞUŞDAN sonra dəri sallanmalarından necə QURTULMAQ OLAR ?
Aile.fenomen.az saytı hamiləlikdən sonra bir çox xanımın narahatçılığına və kompleksinə səbəb olan dəri qırışları və sallanmalarına əlac tapmağa kömək edəcək.
Hamiləlik zamanı bir çox gələcək analar artıq çəki yığırlar.Və bu çəkini almaq prosesi o qədər sürətli baş verir ki, dəri bu sürətə yetişə bilmir və ona xətər toxunur.Dərinin belə zədələnməsi zamanı isə onun sallanması baş verir.
İnsan dərisi yüksək elastiklik xüsusiyyətinə görə fərqlənir.Dərimiz elə bir quruluşa sahibdir ki, onda kompensasiya bacarığı vardır.Əgər dəridə sallanma baş veribsə, bu o deməkdir ki, orqanizmdə " müharibə " baş verib.
Doğumdan sonra dəri sallanmasından necə qurtulmaq olar ?
İlk növbədə qorxmayın və bunu qəbul edin ki, siz bu problemdən birdəfəlik şəkildə ancaq cərrahiyyə üsulu ilə qurtula bilərsiniz.Lakin razılaşaq ki, bu cür əməliyyatlara çox az insan razı olur və əlbəttə ki, belə əməliyyatlar heç də ucuz başa gəlmir.Yaranmış dəri sallanmasını tam yox etmək deyil, lakin onu görünməz edə biləcəyiniz üsullarla sizi də tanış edirik.
Doğumdan sonra rastlaşdığınız bu problemin ən effektiv həlli yolu – məlhəm və maskalardır.Məlhəmin hazırlanması üçün bizə zeytun, çaytikanı yaxud da ki, badam yağı lazımdır.Yağa üyüdülmüş qəhvə yaxud da ki üyüdülmüş ərik tumlarını əlavə edirik.Yağı qəhvə və ya ərik tumu ilə qarışdırdıqdan sonra ona bir az bal əlavə edirik və qarışdırırıq.Duş qəbul etdikdən sonra dəri qurumamış bu məlhəmi problemli yerlərə sürtün.
Bu problemə qarşı doğumdan öncə də edilə biləcək bir sira üsullar vardır.Bunlardan birini sizinlə də bölüşək.Bunun üçün bizə zeytun yağı və üyüdülmüş buğda lazımdır.Onları yaxşıca qarışdırırıq və gələcəkdə sallanmanın baş verə biləcəyini güman etdiyiniz yerlərə sürtün və yüngülcə massaj edin.Lakin massaj etdiyiniz vaxt diqqətli olun, çünki bir qədər sərt edilmiş massaj matkanın tonusunun yüksəlməsinə səbəb ola bilər.
Doğuşdan sonra belə problemin ən effektiv həlli yolu isə tibbi cəhətdən keçirilən bir sıra prosedurlardır.Bunlar :
Dermatoloqa müraciət
Lazerli cərrahiyyə
Mezoterapiya
Professional şəkildə edilmiş pillinq
Abdominal plastika
Bu üsulların içərisində ən radikal üsulm – abdominal plastikadır.