Siqareti sizə tərgitməyə kömək edəcək məhsullar

loading...

 Siqareti sizə tərgitməyə kömək edəcək məhsullar

Aile.fenomen.az hər kəsə bilməsi faydalı olacaq məlumat paylaşacaq.

Bu ziyanlı vərdişlə vidalaşmaq onu çəkənlər üçün çox zaman böyük problemlər yaradır.

Siqaret çəkmə vərdişi – həm qadınlar, eləcə də xüsusilə kişilər arasında çox geniş yayılmış ziyanlı və təhlükəli vərdişdir.Bu ziyanlı alışqanlıqla mübarizədə bir sıra yollar var.Bunlar, müxtəlif plastrlar, həblər və tabletlər, psixoterapik müalicə və söhbətlərdir.

Son zamanlar isə tibb işçiləri bu pis vərdişlə mübarizədə yalnız yuxarıdakı metodlarla kifayətlənmirlər və onun qarşısını ala biləcək məhsullar qəbul etməyi məsləhət görürlər.

Pazı – bədəndə toksinləri neytrallaşdıran və xərçəngin inkişafının qarşısını alan müalicəvi bitkidir.Bu bitki ciyəri nikotindən təmizləyir və siqaret çəkməklə mübarizəyə kömək edir.

Portağal, limon və şirin bibər – C və A vitaminləri ilə zəngin tərəvəzlərdir.Siqaret çəkən şəxs onu çəkən zaman məhz elə bu vitaminləri itirir.

Süd – ABŞ tədqiqatçılarının fikirlərinə görə siqaret çəkməkdən əvvəl içilmiş bir stəkan süd onun dadını daha acı edir və bu da onu çəkən şəxsdə bu ziyanlı vərdişə qarşı ikrah hissi oyadır.

Su – bildiyimiz kimi suyun faydası saymaqla tükənməzdir.O bədəndən bütün ziyanlı maddələri və toksinləri çıxarır.Sübut edilmiş fikirlərə görə siqaret çəkməzdən öncə əgər siz 1 stəkan su içsəniz, artıq çəkmək fikrində olduğunuz siqareti kənara qoyacaqsınız.

Tünd şokolad – siqareti tərgitmək prosesində bu məhsulu qəbul etmək vacibdir.Çünki bildiyimiz kimi şokolad serontonin adlandırılan maddələrlə zəngindir.Bu maddə isə insana  xoşbəxtlik hissi bəxş edir və onu stressdən uzaq durmasına kömək olur.

loading...
Oxşar xəbərlər