Uşaqlarla mübahisə zamanı valideynlərin buraxdığı kobud Səhvlər

loading...

Uşaqlarla mübahisə zamanı valideynlərin buraxdığı kobud Səhvlər

Aile.fenomen.az saytı valideynlə uşaq arasında münasibətlərə aydınlıq gətirəcək məlumat paylaşır.

1 – ci səhv

Etdiyi hərəkət haqqında deyil, şəxsiyyəti haqqında danışmaq –

" Bu nə dəhşətli uşaqdır ! ", " Belə hərəkəti ancaq pis uşaqlar edir ", " Sən pis uşaqsan! ", " Mənə belə uşaq lazım deyil ".Bu kəlmələrdən qəti şəkildə uzaq durmağa çalışın.

2 – ci səhv

Öz günahınızı uşağın üzərinə tökməyin –

Bu maddəyə aydınlıq gətirmək üçün sadə misallar göstərək.Məsələn, siz fincanda su içib onu diqqətsiz olaraq masanın lap küncünə qoymusunuz.Uşaq isə normal olaraq toxunub onu sındırır.Siz isə günahı uşağın üzərinə atırsınız.Yaxud da misal üçün, uşaq sizdən it yaxud pişiyi sığallamaq üçün icazə istəyir və siz icazə verirsiniz.Bu zaman əgər heyvan uşağı dişləmək halı ilə üzləşirsinizsə, bu acığı uşağa bağırmaqla çıxmayın.

3 – cü səhv

Özünüzün uşaqdan böyük olmağınızdan istifadə etməyiniz –

Bu o deməkdir ki, uşağı daimi olaraq ondan həm fiziki, həm mənəvi cəhətdən böyük və güclü olduğunuzla şantaj etməyin.Məsələn, əgər uşağa əsəbisinizsə, onun oyuncağını əli çatmayan yerə qoymaq düzgün hərəkət deyil.Bu onda elə uşaq vaxtından özünü yetərsiz ( hələki fiziki cəhətdən ) hiss etməsinə səbəb olur.Bu da elə körpə vaxtından uşaqda əsəbilik və nifrət, qəzəb hissinin yaranmasına səbəb olur.

4 – cü səhv

Aqressiv münasibət –

Bu maddəyə uşaq hər hansı yanlış etdiyi zaman kobud sözlərdən və əşyalardan ( məsələn, remendən, çubuqdan ) istifadə etmək nəzərdə tutulur.Siz əgər bu üsuldan istifadə etsəniz,  uşağın yaddaşında elə iz qalacaq ki, sanki kim daha aqressiv, qəzəbli və nifrətlidirsə, elə məhz həmin şəxs də haqlıdır.Uşaq da yaş atdıqca çalışacaq ki, özündə bu xüsusiyyətləri cəmləşdirsin ki, haqlı mövqeyində dura bilsin.

loading...
Oxşar xəbərlər