QOZUN bilmədiyiniz faydaları
Aile.fenomen.az saytı faydalı məlumatlarını bölüşməyə davam edir.
Qozun faydaları haqqında fikirləri yəqin ki, bir çoxumuz eşitmişik.Bu gün çalışacağıq ki, bu bitkinin bilmədiyiniz faydalı tərəflərini sizinlə də bölüşək.
Yəqin ki, bizlərdən çox az hissəmizə məlumdur ki, qoz ağacının yarpaqlarından yaraların ağrısızlaşması və sağalması üçün istifadə olunur.Müharibələr zamanı həkimlər bu ağacın yarpaqlarından əsgərlərin yaralarının müalicəsi üçün istifadə edirdilər.
Həmçinin bu yarpaqlardan hazırlanmış qarışımdan tuberkulyoz (vərəm ) xəstəliyinin bir neçə formalarının müalicəsi zamanı istifadə olunur.
Qozdan hazırlanmış yağ ilə faringit, laringit və bir neçə qulaq xəstəlikləri zamanı müalicə işi aparıla bilər.
Qozun özündə insan üçün lazım olan yağların 75 % - i birləşib.Həmçinin qoz askorbin turşularının, rutin və tiamin maddələrinin mənbəyi hesab edilir.
Qoz uzun müddət öz faydalı xüsusiyyətlərini itirmədən qala bilər.Onu qaranlıq və tünd yerdə saxlamaq lazımdır.Gün ərzində dörd ədəd qoz ləpəsi yemək sizin gündəlik ehtiyacınız olan lazımi vitamin ehtiyatınızı tam ödəyə bilər.