Gözəl Geyinmək Üçün Ən Yaxşı 5 YOL

loading...

Gözəl Geyinmək Üçün Ən Yaxşı 5 YOL

 

Aile.fenomen.az saytı maraqlı məlumatlar bölüşməyə davam edir.

 

İndi paylaşacağımız məlumatda verəcəyimiz ipuclarını hər kəs yerinə yetirə bilər.

 

Öncəliklə onu qeyd edək ki, yaxşı geyinmənin əsas yolu təbii ki, öz vücudunu tanımaq və doğru alış – veriş etməkdən keçir.

 

Nə geyinəcəyinizi öncədən planlaşdırın.

 

Çünki, öncədən düşünərək digər geyim alternativlərinizi də düşünə bilərsiniz və verdiyiniz qərarı bir daha gözdən keçirə bilərsiniz.

 

Ətrafınızı müşahidə edin ( modelyer, müğənni, aktyor, aktrisa və s ola bilər ).

 

Bugünkü günümüzdə internet adlı bir möcüzə var və onun nemətlərindən faydalana bilərik.Yuxarıda adlarını sadaladığımız hər hansı bir bəyəndiyiniz peşə sahiblərinin geyimlərini, etdikləri kombinləri gözdən keçirin.Onların zövqlü seçimi sizə də xeyli yardım edəcəkdir.

 

Paltarlarınıza yaxşı baxın.

 

Geyimlərinizin səliqə səhmanına və təmizliyinə xüsusi diqqət yetirin.Paltarlarınızı öz saxlanma şəraitinə uyğun şəkildə saxlayın.Yuyulduqda da hər geyimi öz yuyulma dərəcəsində yuyun.

 

Aksessuar istifadə edin.

 

Aksessuarlar istifadə etməkdən çəkinməyin.Onu da bilin ki, saçınıza bağladığınız kiçik bir sancaq yaxud da əlinizə taxdığınız iki üzük sizin görünüşünüzdə xeyli dəyişiklik edəcəkdir.

 

Geyimlərinizi ütülü saxlayın.

 

Bu seçim sizin özünüz üçün çox əlverişlidir.Çünki, qarderobunuzda olan istənilən geyim hər an hazır formada sizin əmrinizdə olmalıdır.

loading...
Oxşar xəbərlər