Xəyanət Etmisinizsə, Bunu Etiraf Etmək Düzgündür Yoxsa...

loading...

Xəyanət Etmisinizsə, Bunu Etiraf Etmək Düzgündür Yoxsa...


Etiraf edək ki, səhvsiz və günahsız insan demək olar ki, Yer üzərində mövcud deyil.Xəyanət də bu tip mənfi hallara aiddir.Xəyanət etdikdən sonra həmin şəxsi müxtəlif suallar və vicdan əzabı narahat etməyə başlayır.Bu suallardan biri də budur - " bəlkə səmimi qəlbimlə ona hər şeyi etiraf edim?!" - məlumatda bu kimi suallara cavab verməyə çalışacağıq.

İlk öncə xəyanətin baş vermə səbəbini öyrənmək lazımdır.Çünki, səbəb həm məqsədyönlü şəkildə, yəni könüllü ola bilər , həm də içində olduğun vəziyyətin bu cür sonluqla bitməsinə səbəb ola bilər. 

Xəyanət deyilən zaman ağıla ilk olaraq kişilər gəlir.Lakin, nəzərə almaq lazımdır ki, müasir dövrdə bunun əksi olan hallar heç də az deyil.Əlbəttə ki, bu da çox təəssüf doğuran bir haldır.

Etiraf etmək lazımdır yoxsa ?..

Psixoloqların əksəriyyəti belə hesab edir ki, edilən xəyanəti etiraf etmək lazım deyil.Hətta bunu sübuta yetirəcək bir fakt yaxud sübut yoxdursa bunu həmişəlik sirr olaraq saxlamaq lazımdır.Belə ki, xəyanət haqqında edilən etiraf sizin partnyorunuzun qəlbinin incilməsinə səbəb olacaq.Elə sirr və sözlər olmalıdır ki, onları özündən başqa heç kimin bilməməsi həm özün üçün, həm də qarşındakı insan üçün daha faydalıdır.

loading...
Oxşar xəbərlər