Qeybət Psixologiyası
Təbiətin ən ali varlığı, yaradanın ən qiymətlisi insan dünyaya gələndə onunla (müstəsna hallar istisna olmaqla), halı xasiyyəti, ağlı və istedadı da da birgə doğulur. Müstəsna hallar dedikdə ilk öncə insanın düşdüyü mühüti və şəraiti nəzərdə tuturuq. Bəzən mühit və şərait insan ağlına, düşüncəsinə ciddi təsir edir. Təbii ki, bu bir başqa yazının mövzusudur. Dünyaya gələn insanın dünyaya baxışı müxtəlif olduğu kimi, hər bir insana baxış da müxtəlif ola bilər. Əqlinə və əməlinə görə, Mövlanə Cəmaləddin Rumi, Fəzullah Nəimi, İmaməddin Nəsimi, Ibni Sina kimi müdrüklər insanlara qiymət verərkən onları Kamil insan və cahil insan kimi şərti qiymətləndirmə üsulundan istifadə edərək iki qurupa bölmüşlər… Kamil insan ağlının gücünə inanan, biliyi, bacarığı, xeyirxaqlığı, yaşadğı cəmiyyətə xeyir verən və onun xoşbəxtliyi uğrunda canını fəda etməyə hazır olan və ən azından bacardığını edən və etmək istəyənlərdir. Və insanın kamillik dərəcəsini qiymətləndirmək üçün bu siyahını istədiyimiz qədər uzada bilərik. Cahil insan birincinin əksinə olaraq bütün pisliklərə məhəl qoymadan imza atamağa hazır olan, və onları edənlərdir. Detallarına varsaq görərik ki, cahil insan yaltaq da ola bilir, qeybətcil də, iküzlü də ola bilir, yalançı da… Başqasının yaxşı əməlinə mane də ola bilər, ona xəsəd də apara bilər… Bu məqamda insanın genefondunu nəzərə almasaq düşüdüyü mühütin də rolu öz işini görmüş olur… Yazımızın əsas mövzusu yaltaqlıq və qeybət olduğu üçün hələlik bu məqamın üstündə qərar tutmaq niyətindəyik. Çox təssüf doğuran haldır ki,yaltaqlıq və qeybət sarı sarmaşıq, qorxulu bir illət kimi cəmiyyəti sarımaqdadır. Təbii ki, bu iki sindiromu ən çox yaradan amil ətraf mühit və şəraitdir… Ən çox bacarıqsız,elmi və sosial mühitdə düşüncəsi inkişafdan geri qalan insanların bir qismi bu xəstəliyə yoluxurlar… Və ən pis cəhəti də budur ki, bu cür insanlar etdikəri pisliklərin dərəcəsini qiymətləndirmək hisslərini itirdikləri üçün ya özlərinə tərəf müqabil axtarır,həm düşüncə və həmfikirlərinin çoxluğunu arzu edirlər. Ya da təsir dairələrini genişləndirmək üçün qeyri ənənəvi metodlardan istifadə edərək ətrafda olan kamil insanlara zərər verməkdən çəkinmirlər. Cəsarətlə demək istəyirəm ki, bu xasiyyət deyil qorxunc bir xəstəlikdir. Hal hazirda belə bir diaqnoz olmasa da inaniram ki, yaxın zamanlarda insanların bu xəstəliyin müalicəsinə olan aşırı təlabatı nəzərə alaraq psixologiya elmi bunu psixoloji xəstəliyin ən qorxunc növü kimi təsdiq edəcəkdir. Ən pisi də budur ki, millət olaraq ən çox diaqnoz qoyulan kimi statistikada biz ön yerlərdən birində yer alacağıq. Səbəbini araşdırdıqda isə təməli mükəmməlliyyətçilikdən, tamamlanmamış qayğılardan, özgüvənsizlikdən, olanla yetinməməkdən, ümüdsüzlükdən (yəni ozu haqqinda düşünməyib də başqalarının həyatını götür-qoy edir) şərataninin azlığından ozünü daha bacarıqlı ve her şeyi çox bilmiş kimi göstərmək istəyi və s. Sindrom özünü qadınlarda ve kişilərdə fərqli formada göstərir. Qadinlarda daha çox görülən bu diaqnoz söz almaq üçün, kimi sə kiminsə gözunden salmaq üçün,kiminsə sirrini hər kəsə açmaq üçün və bir çox digər məqsədlər daşıyırsa kişilərdə özünü təsdiqləmə yanindaki insana onun daha üstün oldugunu göstərmə, hər olanı çox yaxşı anladığını bildirmək üçün və ya heç kimi bəyənmirmiş kimi düşuncesi oldugunu göstərmək və yaltaqlıq üçün istifadə edilir. Əslində insan üçün heç bir xeyri olmayan əksinə insanı ətrafındakı insanların gözündən salan,güvənilməyəcək və hörmət olunmayacaq, bir hala salan bu vərdiş onu edənlər üçün sadəcə günlük rejimin əsas hissəsi və qətiyyən təxirə salinmayacaq bir məşğuliyyətdir. Qeyd edim ki, bu sindrom keçicidir. Genetik yolla atadan oğula və bütün geni əhatə edən insanlara keçə bilər. Xəstəlik özu ilə yalana meyillilik, sayrışan nevroz, sosial fobia ve hallüsinasialar da yaradır. Belə insanlar bu vərdiş üzrə özlərini peşakar saydıqları üçün evdə oturduqları halda qiybət etdikləri insanın ilk top 5 də olanlar haqqında öncədən fantaziyalar qururlar. Uydurduqları yalanlara özləri inandıqları və zaman keçdikcə bunu bir həqiqət kimi qəbul etdiklər üçün «əqlinin» və fantaziyasının «məhsulu» olan yalanı ətrafa yaymaga başlayirlar. Terapiya üsulunun necə aparıldığı haqqında duşunsək onları ilk öncə psixoanaliz edib həyatlarındaki problemleri hell etdikdən sonra psixiatrın derman dəstəyi ilə aradan qaldırmaq mümükündür. Həyatlarında olan problemi tapmanın ən asan yolu ise danışdığı insanda daha çox nədən danışırsa, deməli bu insanın öz həyatında o yöndə dərin yoxsulluq var demekdir. Bu cür adamlar danışdıqlarının öz həyatlarındanda da olmasını arzu etmələri kiminsə haqqında yalnız fikirlərini pis yöndə ifadə etməklə tamamlayırlar. Düşüncəmizə görə əgər günümüzdə bu cür adamlarla qarşılaşırıqsa heç fikir verməyə də bilərik qənaətində olanlar da var. Lakin bilməliyik ki, onlar hec yorulmadan danışdıqlarını sizin tesdiqləmənizi istəyəcəklər. Bunu etmiş olsanız problemi daha da dərinləşdirməyə yardım etmiş olarsınız. Bu xəstəliyə yoluxmuş insanları tanımaq o qədər də çətin deyildir. Onlar cəmiyyət içində daha çox diqqəti yayınıq olan biri kimi görünürlər. Çünki daima ətrafdaki insanlari analiz etdiklərinə və tapdıqları mövzunu danışmağa, genişləndirərək yaymaqa vasitə axtardıqlarına görə həmişə beyinləri məşqul vəziyyətdə olur, özlərindən biixtiyar donuq üz ifadəsi alırlar … Türkay Soltanlı Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu Dushince.az