Doğuşdan Sonra İlk Menstruasiya Nə Zaman Baş Verməlidir?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Qadın doğuş etdikdən sonra onun nə zaman menstruasiya olması barədə dəqiq məlumat vermək yanlışdır.Çünki, qadınların bir qismi doğuş etdikdən dərhal sonra aybaşı olduqları halda, bir qisim qadınlarda bu hal aylar sonra yaşanır.Buna görə də bu mövzu hamilə qadınlar və yeni ana olan qadınların maraq dairəsindədir.
Hamiləlik - 9 ay boyunca qadınların menstruasiya olmamaları deməkdir.Lakin, əlbəttə ki, bu müddət ötüb keçdikdən sonra qadınlar əvvəlki kimi aybaş olmağa başlayırlar.Bu proses üçün körpənin nə təbii doğuşla, nə də qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gəlməsinin heç bir fərqi yoxdur.
Menstruasiyaya başlamanın əmzirmə və bu kimi faktorlarla da əlaqəsi vardır.Çünki, körpəsini əmizdirməyən ana bundan 10 həftə sonra adət olmaya başlayarkən, körpəsini əmizdirən anada bu proses 20 həftə sonra baş verir.Səbəbi isə odur ki, əmzirmə qadında yumurtlamanı gecikdirir.
Qeyd etmək lazımdır ki, hamiləlik qadının bütün hormonal balansını dəyişdirir bə bu da menstruasiyaya birbaşa təsir edir.Qadın orqanizmində artıq əmzirməyə təsir edən prolaktin hormonları artmağa başlayır.Hamiləlikdən sonra aybaşının gecikdirən əsl səbəblərdən biri də məhz bu hormondur.Yüksək miqdarda olan bu hormon isə yumurtalıqların fəaliyyətini gecikdirir və yumurtlama prosesi ya gecikir, ya da baş vermir.Buna görə də körpə əmizdirməyən qadınlarda progesteron hormonu 6 - 10 həftə arasında öz normasına düşər və menstruasiya bu zamandan sonra baş verə bilər.
loading...