Doğulacaq Körpənin Cinsiyyətini Özünüz Təyin Edin!

loading...

Doğulacaq Körpənin Cinsiyyətini Özünüz Təyin Edin!

 
 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Yapon bioloq - alimləri qeyri - adi metod yaradıblar. Belə ki, bu metodun köməyi ilə süni mayalanma yolu valideyn olmağa cəhd edən insanlar öz gələcəkdə doğulacaq körpələrinin cinsiyyətini də özləri təyin edə biləcəklər.

Xirosima universitetinin alim mütəxəssisləri yuxarıda qeyd olunan fikrə gəlmək üçün ilk öncə heyvanlar üzərində eksperiment keçiriblər.Uzun müddət ərzində aparılan tədqiqat və təcrübələrdən sonra onlar elə bir maddə kəşf edə biliblər ki, bu maddənin köməyi ilə spermotozoidlərin sürətini azaltmaq olar.

Bu maddənin ikinci və ən önəmli xüsusiyyətlərindən biri də onun X və Y spermotozoidlərini ayıra bilmə xüsusiyyətinin olmasıdır.

Xüsusilə qeyd etmək lazımdır ki, bu maddə spermotozoidlərin həyat və mayalanma qabiliyyətinə heç bir mənfi təsir göstərmir.Nəticə isə olduqca qənaətbəxş hesab edilir.

Artıq bu istiqamətdə bir sıra eksperimentlər həyata keçirilib.Siçanlar üzərində aparılan eksperiment zamanı müəyyən olunub ki,  " asta gedən " spermanın 81 % - i dişi, " sürətli" spermanın  isə 90 % -i vəziyyətlərində erkək cinsi yaranır.

loading...
Oxşar xəbərlər