Körpəni ana südü ilə qidalanmasını nə zaman və necə dayandırmaq lazımdır ?

loading...

Körpəni ana südü ilə qidalanmasını nə zaman və necə dayandırmaq lazımdır ?

 
 

Aile.fenomen.az saytı anaların diqqətini xüsusi olaraq cəlb edəcək məlumat paylaşı.

 

Fərz edək ki, siz hamiləlik dövrünü keçirmisiniz,körpənizi sağ – salamat qucağınıza almısınız və onu ana südü ilə bəsləyirsiniz.Lakin, elə zaman gəlir ki, artıq körpəni ana südündən ayırmaq lazımdır.Bu prosedur çox zaman ana və elə körpə üçün də bir sıra narahatlıqlar yaradır.Bu narahatlıqların da baş verməsini önləmək üçün hər iki şəxsin həm mənəvi, həm də fiziki hazırlığı çox vacibdir.Həmçinin, bu işin psixoloji hazırlıq tərəfini də analar öz üzərlərinə götürməlidirlər.

 

Ana südü qadın sinəsində instinktiv olaraq yaranır və gəlir.Artıq körpəyə süd vermə prosesi ana üçün xoş olmayanda bunu körpə dərhal hiss edə bilir.Körpə özünü narahat hiss edəcək və ona psixoloji travma dəymiş olacaq.

 

Bəzi analar isə körpəni süddən kəsdiyi zaman özləri dərin vicdan əzabı keçirməyə başlayırlar.Nəticədə isə onlarda doğumsonrası depressiyalar yaranmağa başlayır.

 

Hər iki tərəfə ziyansız şəkildə bu prosesdən azad olmağın ən böyük yolu isə, zamandır.Ana doğru zamanda körpəsini südündən ayıra bilməlidir.

 

Bəs bu hansı dövrdür ?

 

Artıq körpə 2,5 yaş dövründə olduğu zaman ana südünün də tərkibi dəyişilməyə başlayır.Onda hormonlar və antitellər ayrılmağa başlayır.Məhz elə bu zamanda körpəni müstəqil qidalanma rejiminə uyğunlaşdırmaq lazımdır.Elə bu dövrdə körpəni süddən ayırsanız bu hər iki tərf üçün ən sağlam dövr hesab olunur.

 

Lakin körpəni ana südündən bu zamandan tez ayırmağa tələsməyin.Çünki, ana südünün faydası danılmaz və müqayisəolunmazdır.Aparılan müşahidələr əsasında da sübut olunub ki, 2 yaşadək ana südü ilə bəslənilən körpələr 1 yaşında süddən kəsilmiş körpələrdən qat – qat sağlam olurlar.

 

Nə etmək olar ki, körpə özü könüllü şəkildə süddən imtina etsin?

 

Bu yolda iki hal mümkündür.Biri ənənəvi, digəri isə psixolojidir.

 

Ənənəvi üsul -  xardaldan ibarətdir.Ana süd verdiyi zaman sinəsinin ucunu xardal sürtə bilər.Süd əmmək istədiyi zaman isə körpə acılıq hiss edəcək.Və o artıq bir daha acı süd içməkdən çəkinəcək.Lakin, bu metod çox da ürəkaçan deyil.Çünki körpədə travma şəkildə yaddaşında qala bilər.

 

Psixoloji tərəf – ana sinəsinə zelyonka çəkə bilər və özü könüllü şəkildə körpə ilə ünsiyyətə girib deyə bilər ki, bax, ana xəstədir və sənə süd verə bilmir.Bu zaman körpə özü artıq şüurlu şəkildə dərk edir.Lakin bu metodun da mənfi tərəfi var.Bu isə ondan ibarətdir ki, körpədə elə düşüncə və narahatlıq yaranır ki, mənim anam xəstədir.

loading...
Oxşar xəbərlər