Xalq Təbabəti Üsulu ilə QRİPDƏN Sürətli Müalicə Üsulları
Beləliklə, üsullarımızı sizə təqdim edirik :
1. Ayaqlarınızı 20 dəqiqə müddətində isti suda saxlayın.Bu proseduru yaxşı olar ki, gecələr tətbiq edəsiniz, çünki ayaqlarınızı isti sudan çıxardıqdan sonra dabanlarınızı qızışdırıcı və isidici balzamla, yaxud da ki, spirtlə sürtməli və isti corab geyinməlisiniz.
2. Əgər burnunuz tutulubsa - tavada 5 xörək qaşığı duzu isidin.Duz artıq qaynar olduğu zaman onu bir dəsmal yaxud da torbacığa töküb burnunuza yaxın qoyun.Bu üsul tutulmuş burunu dərhal açır.Həmçinin bu yolda toyuq yumurtasından da istifadə edə bilərsiniz.Yumurtanı bişirdikdən sora onu sudan çıxarın və isti – isti sizi yandırmaması üçün dəsmala bükün və alın burun hissənizə qoyun.
3. Boğazınız ağrayır və nəfəs ala, udquna bilmirsiniz – 2 ədəd kartofu bişirin, çıxarın 4 hissəyə bölün və yenidən qaytarıb qazana qoyun.İçində kartof və su olan qazana 3 damcı yod və yaxşı olar ki, bir neçə damcı evkalipt yağı əlavə edin.Daha sonra bir dəsmal götürün və üzünüzə yanmaması üçün onu tutun və qazanı iyləyin və dərindən nəfəs alın.Bu təbii hazırlanmış inqolyasiya tutulmuş buruna və boğaz ağrısına çox yaxşı təsir edir.
4. Boğazınız çox pis ağrayırsa : nə etmək lazımdır : qarqara etmək lazımdır, qarqaranı hazırlamaq üçün – 1 stəkan qaynadılmış ilıq suya 1 qaşıq soda, 1 qaşıq duz, bir neçə damcı yod əlavə edib qarışdırın.Bu qarqaranı tez – tez tətbiq edin və ağrı get – gedə yoxa çıxacaq.Həmçinin daha bir təbii üsul da nəzərinizə çatdıraq.1 qaşıq təmiz balı ağzınıza qoyun və uzun müddət bacara bildiyiniz qədər onu udmamağa çalışın.
5. Soğan suyu – qrip zamanı ən yaxşı vasitələrdəndir.Soğan suyundan bir neçə damcı burnunuza axıtmaqla burun tutulmasının qarşısını ala bilərsiniz.O həmçinin otit zamanı da faydalıdır.Bunun üçün qulaq dəhlizinizə 2 damcı sudan damızdırın.
6. Toyuq işgənəsi ( bulyonu ) – Əgər xəstəliyin ilk günləri bu suyu içsəniz, o həqiqətən də möcüzələr yarada bilər.İşgənəni tez – tez və qaynar halda içmək lazımdır ( yaxşı olar ki, içinə bir qədər də yaşıl soğan əlavə edəsiniz ).
7. Kələm yarpağı – baş ağrısı və temperaturu aşağı salmaqda çox təsirlidir.Yaxşı olar ki, yarpağı dişçöpü ilə batırasınız ki, o suyunu daha yaxşı və tez buraxa bilsin.Yarpağı alnınıza qoyun.Daha bərk durması üçün üstündən dəsmalla da bağlaya bilərsiniz.Artıq bədən temperaturunuz qədər isindiyini hiss etdiyiniz an yarpağı digər tərəfi üzərinə dəyişin.