Ən Sağlam Ölkələrin Səhər Yeməkləri Nələrdən İbarətdir ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Sağlamlıqlarına xüsusi diqqət yetirən insanların səhər yeməkləri də xüsusi olur.
Bildiyimiz kimi səhər yeməyi yeganə yemək vaxtıdır ki, dietoloqlar bu yeməyi qətiyyən ötürməməyi məsləhət görürlər.Hər kəs bilir ki, sağlam olmaq və günə gözəl başlamaq üçün faydalı və çox gözəl səhər yeməyi olmalıdır.Buna isə bəzilərinin vaxtı, bəzilərinin isə fantaziyası çatmır.Məhz bu səbəblə də bünkü məlumatımızı sizə çatdırmaq istəyirik.
İSVEÇRƏLİLƏRİN SƏHƏR YEMƏYİ
İsveçrəlilərin səhər yeməyi çox da zəngin deyil.Onlar çox zaman almalı yaxud da çərəzli yulaf yarması ( qerkules ) yeyirlər.Üzərinə isə bəzən ya limon şirəsi ya da qatılaşdırılmış süd də əlavə edirlər.İkinci səhər yeməkləri isə daha tutumlu olur - bu, kartof oladiyaları, bekonlu yumurta, yaxud da təzə şörək və pendirli buterbrodlar ola bilər.
İSPANLARIN SƏHƏR YEMƏYİ
İspaniyada səhərlər qəhvə içir və sadə yaxud da xüsusi reseptlə hazırlanmış çörək yeyirlər.Ən məhşur yeməkləri isə Pan Con Tomatodur - bu üzərinə sarımsaq, tomat və zeytun yağı qarışımı əlavə edilmiş hər iki üzü qızardılmış çörəkdir.
İSLANDİYALILARIN SƏHƏR YEMƏYİ
İslandlıların səhər yeməyi xüsusidir.İlk növbədə onlar yoqurtla müsli yeyirlər.Bəzən fərqlilik üçün bu qidanın içərisinə soyuducuda olan müxtəlif giləmeyvələr, çərəzlər də əlavə edirlər.Müsli ilə bərabər isə üzərinə island yağı yaxud da təzə giləmeyvə sousu çəkilmiş tostlar da yeyirlər.
İTALİYALILARIN SƏHƏR YEMƏYİ
İtalyanlar demək olar ki, öz yemək adət - ənənələrini dəyişmirlər - bu pirojna, kruasan yaxud da şirin bulka ilə 1 fincan espresso yaxud kapuçinodur.
YAPONLARIN SƏHƏR YEMƏYİ
Yaponlar səhər yeməyi olaraq düyü və yumurta, eləcə də qızarılmış tost çörəkləri ilə miso - şorbası yeyirlər.İçki şəklində isə dünyanın bir çox ölkələrində olduğu kimi onlar da qəhvə içirlər.
SİNQAPURLULARIN SƏHƏR YEMƏYİ
Sinqapurun ən məşhur səhər yeməyi - ət bulyonunda hazırlanmış ərişdədir.Bəzən isə onlar düyü sıyığı da hazırlayırlar.
İSVEÇLİLƏRİN SƏHƏR YEMƏYİ
İsveçlilər xüsusilə səhərlər çox yeməyi xoşlayırlar.Süfrədə eyni zamanda giləmeyvəli müsli yaxud yulaf yarması, pendirli və vetçinalı buterbrodar, qaynadılmış yaxud qızardılmış yumurta, yoqurt və qəhvə ola bilər.
AVSTRALİYALILARIN SƏHƏR YEMƏYİ
Avstraliyalıların səhər yeməyi adətən belə olur : yulaf yarması, qaynadılmış yumurta, sosislər, bekon və tomat qayğanağı, mütləq şəkildə qəhvə, cemli tostlar, pirojnalar və yüksək kalorili başqa yeməklər.