Gecələr Rahat Yatmaq Üçün Səhər Yeməyində Nələri Yeməliyik ?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Britaniyalı mütəxəssislər hansı məhsulların keyfiyyətli yuxuya təsir etdiyini öyrənməyi qərara alıblar.Belə müəyyən olunub ki, gecələr normal yatmaq üçün sadəcə səhərlər düzgün qidalanmaq yetərlidir : bunun üçün isə səhər yuxudan oyandıqdan sonra 8 ədəd badam və iki ədəd xurma yemək lazımdır.
Belə nəticəyə yuxu problemləri üzrə mütəxəssis və fizioloq Nerina Ramlaxan gəlib.Həkimin sözlərinə görə, bir ovuc belə çərəz və meyvələr orqanizmə lazım olan zülal, yağ və karbohidrat ehtiyatını təmin edir.Onun sözlərinə görə 8 badam və 2 xurma orqanizmə təxminən 150 - 200 kalori verir.Bütün bunlardan başqa, belə səhər yeməyi artıq çəkidən də azad olmağa kömək edir.
" Qəribə səslənə bilər, amma məhz keyfiyyətli səhər yeməyi bizə yaxşı yatmağa yardım edir. Səhərlər heç bir şey yeməyən orqanizm aclıq əhvalında olur.Bu zaman da orqaizmdə strees hormonları ifraz olunur."
loading...