Qara İstiot Fayda və Ziyanları
Aile.fenomen.az saytı məlumat verir ki,
Duz və istiot demək olar ki, hər süfrənin əvəzolunmazıdır.Xanımlar qara istiotu yeməklərə yalnız onun dadı və ətri üçün deyil, həm də faydası üçün əlavə edirlər.
Bəs qara istiotun faydası nədədir və onun qəbulunda hər hansı bir qadağa varmı ?
Qara istiotu Hindistanda yetişdirilən liana bitkisinin dənələrindən hazırlayırlar.Tam yetişməmiş bitkilər yığılır və gün işığı altında qurudulduğu üçün qara rəng alır.
Qara istiotun faydası
Bibərin tərkibində efir yağları, C,B,E vitaminləri , nişasta və piperin vardır.Faydalı hesab edilməsi haqlı sayılmalıdır , çünki bu məhsul dəmir, kalium, kalsium kimi sağlamlıq üçün mühüm olan elementlər vardır.
Qara istiotun faydası nədədir :
- qıcolmanın qarşısını alır ;
- ağrıkəsici təsirə malikdir ;
- iltihabəleyhinə təsirə malikdir ;
- allergik və sinir iltihablarını götürür ;
- həzm sisteminin fəaliyyətini yaxşılaşdırır ;
- bağırsaq xəstəliklərinin yaranma riskini aşağı salır ;
- beyin fəaliyyətini stimullaşdırır ;
- maddələr mübadiləsini normallaşdırır ;
- qan dövranını gücləndirir
- orqanizmi şlak və toksinlərdən təmizləyir ;
- həyat tonusunu yüksəldir ;
- xərçəng xəstəliyinin profilaktikası, ürək - damar xəstəlikləri zamanı.
Qara istiotun ziyan və əks göstərişləri
Yandıran təsiri olduğu üçün istiotu yemək hər kəsə icazə verilmir.Böyrək və sidik kisəsi xəstəlikləri, qastrit və mədə xorası zamanı, hipertoniya və stabil olmayan psixi vəziyyət zamanı istiot yemək olmaz.
Əməliyyatdan yeni çıxmış şəxslərə də istiot yemək olmaz, çünki, onu yeyən zaman asqırmaya səbəb ola bilər ki, bu da tikişlərin sökülməsinə səbəb ola bilər.
Tamamilə sağlam olan insanlar da istiot yedikləri zaman qədərinə diqqət etməlidirlər.Həddindən artıq qəbul edildiyi zaman mədə yanmasına səbəb ola bilər ki, bu da mədə - bağırsaq traktı xətəliklərinə yol aça bilər, çünki istiot olduqca güclü qıcıqladırıcı hesab olunur.