Hər Gün 3 YUMURTA Yesək Nə OLAR ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Dietoloqlar bildirirlər ki, yumurta - tərkibi ən çox zülalla bol olan məhsuldur və bundan başqa, o omeqa 3, D,T,B12 vitaminləri, selena kimi minerallarla zəngindir.
Baxaq görək, əgər hər gün qida rasionumuza yumurta əlavə edəriksə, hansı müsbət dəyişikliklər baş verə bilər?
Xolesterinin miqdarı artmaz
İnsanların əksəriyyəti səhər yeməyində yumurta yeməyin tərəfdarı deyillər.Bu qarşı çıxanlar hər biri qeyd edirlər ki, yumurtanın tərkibində o qədər çox xolesterin var ki, damarların vaxtından əvvəl tutulması birmənalıdır.Belə boş fikirlər ətrafda gəzərkən alimlər yumurtanın heç bir mənfi təsirinin olmadığını və ürək - damar sistemi ilə heç bir əlaqəsi olmadığını araşdırıblar.
Nahar yeməyinə kimi olan toxluq hissi
Bəzən işə ya başqa bir yerə tələsərkən metro yaxud da maşın yoluna kimi bir banan yaxud da alma yeyirik və bundan sonra özümüz özümüzü sakitləşdiririk ki, bu ən sağlam səhər yeməyidir.Lakin bu tələdir.Çünki o tərz qidalandıqdan ən azı 1 saat sonra elə aclıq hissi yaranır ki, artıq sağlam qidalanma fikirləri yoxa çıxır.Ancaq əgər səhər 3 yumurta yesəniz, bu halda orqanizminiz 21 qram zülal almış olacaq.Və bu da o deməkdir ki, sizin artıq nahara qədər aclıq hissi yadınıza düşməyəcək.