Pendir Haqqında İNANILMAZ FAKTLAR
Aile.fenomen.az saytı məlumat verir ki,
Pendirin əsas xüsiyyət və faydası onun enerji dəyəri hesab edilir.Pendir dietik məhsul hesab olunmur, çünki tərkibi kifayət qədər yağlıdır.Lakin onun tərkibində xüsusi maddə olan spermidin vardır ki, bu da qaraciyər fibrozu və hepatoselyulyar karsinomun, yəni qaraciyər xərçənginin iki ən geniş yayılmış növünün inkişafının qarşısını alır.
Alimlər pendirin daha bir faydalı özəlliyini də araşdıra biliblər.Bu onun immun sisteminin fəaliyyətini yaxşılaşdırmasıdır.Kiçik pendir tikəsi yaşlı insanların immum sisteminə də çox yaxşı təsir edir.Lakin, bir şərt var ki, onlar bunu adət şəklində etməlidirlər.
Tədqiqatçılar həmçinin onu " fransız paradoksu " adlandırıblar.Qida rasionlarında bu məhsuldan çox istifadə etdikləri üçün bu ölkənin insanları daha az xastələnir və uzun müddət yaşayır, ürək xəstəliklərindən də daha az əziyyət çəkirlər.Bu səbəbdən də pendir uzunömürlülüyə və sağlam həyata müsbət təsir göstərir.
Amerika Akademiyasının alimləri 2013 - cü ildə stomatoloqları rəyini alaraq bildiriblər ki, pendir dişləri saxlamağa və qorumağa kömək edir.Pendir diş ətrafında qoruyucu qat yaradır və onu zədələnmədən qoruyur.
Ekspertlər belə hesab edir ki, gündəlik kalori miqdarını azaldaraq, pendir, yoqurt və yağsız süd qəbul edərək siz daha tez və rahat artıq çəkilərinizdən qurtula bilərsiniz.Xüsusilə də bu qarın bögəsində olan piylərin əriməsinə kömək edir.