Ac Qarına Su İçmək Həqiqətən FAYDALIDIR ?
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
" Hər gün səhərlər oyandıqdan sonra ac qarına 1 stəkan su içmək lazımdır " - bu sözlər yəqin ki, əksəriyyətimizə tanışdır.Suyun dadını yaxşılaşdırmaq və tərkibini rəngarəng etmək üçün isə içərisinə limon şirəsi yaxud da bal da əlavə etmək olar.
Görəsən, nə üçün ac qarına su içmək faydalı hesab olunur?Yenicə oyanmış orqanizmə daxil olan su bütün orqan və sistemlər üçün gümrahlaşdırıcı təsir oyadır.Qan daha sürətli axmağa, toxuma və hüceyrələri oksigenlə təmin etməyə başlayır.Bundan əlavə su mədə və bağırsağın da fəaliyyətinin yaxşılaşmasına yardım edir.Yemək yeməzdən əvvəl içilmiş 1 stəkan su gün boyu mədə bağırsaq yolları orqanlarının fəaliyyəti üçün və gün əzində yeyilən bütün qidaların daha rahat həzm edilməsinə kömək edir.Belə olan halda da mədəniz artıq qəbul olan yeni qidaya hazır olur və öz işini düzgün yerinə yetirir.
Səhərlər ac qarına 1 stəkan ( 250 ml ) su için! Belə vərdişlə siz mədə bağırsaq traktının fəaliyyətini normallaşdıra bilərsiniz, orqanizmin maye çatışmazlığı və toksilərin xaric olunması kimi problemlərini də aradan qaldıra bilərsiniz.
Təmiz və qazsız su içməniz tövsiyə olunur - şirələr, çay, qəhvə və başqa digər içkilər bunlardan isə bir qədər uzaq dursanız yaxşıdır.Təmiz su orqanizmin regenerasiya prosesini aktiv saxlmağa və hücerələri oksigenlə təmin etməyə yardım edir.
Suyu boş mədəyə qəbul etmək lazımdır.Gecə ərzində maddələr mübadiləsi və mayenin sərf olunması prosesi baş verir ki, bu da orqanizmin susuzlaşmasına, qurumasına səbəb olur.Buna görə də səhər yuxudan durduqdan sonra 1 stəkan su içmək və yalnız 30 dəqiqə keçdikdən sonra səhər yeməyi yemək məsləhət görülür.Bu cür fəaliyyət orqanizmin faydalı maddələri mənimsənilməsi prosesini yaxşılaşdırır.
Suyun temperatur istiliyi bədən temperaturununu aşmamalıdır.Yatdığımız zaman biz horizotal vəziyyətdə qalırıq və bu da şlakların yığılıb toplanmasına şərait yaradır.Sərin su selikli qişanı qıcıqlandırır, ilıq su isə ( 30 - 40 dərəcə ) hüceyrələrarası mayeni yeniləyərək daha yaxşı hopur.Suyun faydalılığını artırmaq üçün yaxşı olar ki, 1 - 2 damcı limon şirəsi yaxud da bal əlavə edəsiniz.
loading...