Yeni İl Süfrəsinin Ən Ziyanlı MƏHSULLARINI TANIYIN!
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Yeni il süfrəsini ənənəvi və gözəl dadı olan - paytaxt salatı olmadan təsəvvür etmək qeyri - mümkündür.Yeni il süfrəsinin bəzəyi hesab olunan bu salatın tərkibinin kifayət qədər kalorili və tutumlu olmasını da unutmaq olmaz.Bu salatı dietik, faydalı və eyni zamada dadlı etmək mümkündürmü? Əlbəttə mümkündür! Sadəcə salatın tərkibində olan ziyanlı və kalorili məhsulları daha faydalı və dietik məhsullarla əvəz etmək lazımdır.
MAYONEZ
Yeni il və ümumiyyətlə adi günlərdə süfrələrimizdə mayonezli salatlar olur.Bu ziyanlı məhsulu əvəz etmək o qədər də çətin deyil.Ev şəraitidə özünüz də hazırlaya bilərsiniz : yumurta, duz, şəkər və xardalı 3 - 5 dəqiqə ərzində blendrdə çaldıqdan sonra qarışıma bir qədər də zeytun yağı əlavə edib qatılaşana kimi çalmaq lazımdır.Və budur mayonez hazırıdır.Tərkibində heç bir kimyəvi əlavəsi və konservantları olmayan, lakin dadlı mayonez alınacaq.
KOLBASA
İnsanların əksəriyyətinin sevdiyi kolbasa və kolbasa məmulatlarının tərkibi kimyəvi əlavələr, konservantlar, transyağlar və rəngləyicilərlə zəngindir.Bu məhsulu asanlıqla bişirilmiş yağsız mal əti, hind quşunun yaxud da toyuğun filesi ilə də əvəz etmək olar.
TURŞU XİYARLAR
Sirr deyil ki, xiyar turşusu salatlara təkrarolumaz dad, bir qədər acılıq və fərqlilik verir.Bu məhsul kalorili məhsul hesab edilmir, lakin tərkibində çoxlu miqdarda duz olduğu üçün o sonradan yanmalara səbəb ola bilər.Məsələn, paytaxt salatı hazırladığınız zaman çalışın ki, çox deyil, iki ədəd xiyar turşusundan istifadə edərək əsas üstünlüyü yerkökü və noxud kimi faydalı məhsullara verin.
YUMURTA
Paytaxt salatını yumurtasız təsəvvür etmək qeyri - mümkündür.Lakin, toyuq yumurtasından da daha faydalı və sağlamlıq üçün önəmli yumurta - bildirçin yumurtasıdır.Onu bu salatda asanlıqla istifadə edə bilərsiniz.
loading...