Qəbizlikdən Əziyyət Çəkənlər OXUSUN!

loading...

Qəbizlikdən Əziyyət Çəkənlər OXUSUN!

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Qəbizliklə mübarizənin bir sıra üsulları vardır.İnsanlar isə bu mübarizə üsullarından ən çox təbii olanlarına üstünlük verirlər.

Qəbizlik üçün nələr faydalıdır?

Qaysı
Qaysını bir gecə əvvəldən bir stəkan suyun içərisinə qoyun və səhəri gün ac qarına bu suyu için.Suyu içdikdən sonra isə suda qalıb şişən qaysıları yemək lazımdır.Çalışın ki, bu prosesi müntəzəm olaraq təkrar edəsiniz.

Kətan toxumu
Döyülmüş kətan toxumunu hər səhər ac qarına 1 xörək qaşığı qədər qəbul etmək lazımdır.Onu yeməkdə çətinlik çəkənlər isə bir qədər qatıqla kətan toxumunu qarışdıraraq qəbul edə bilərlər.

Ümumi şəkildə qəbizlik üçün faydalı hesab olunan məhsullar hansılardır?

Meyvə şirələri və meyvə : sübut edilib ki, üzüm və alça suyu qəbizlik üçün təsirlidir.Bunlarla yanaşı həmçinin qaysı, alça və kişmiş də faydalı məhsullar siyahısındadırlar.

Paxlalı məhsullar : liflərlə zəgin olan paxlalı məhsullar da qəbizliklə mübarizə aparmaq üçün yaxşı çıxış yoludur.Lakin onların qəbul qaydasının həddini aşmaq olmaz.Çox qəbul edildiyi zaman mədədə qaz, köp və s. bu kimi narahatlıqlara yola aça bilər.

Taxıl məhsulları : yulaf yarması və kəpək bu problemin həlli üçün təsirli hesab edilən məhsullardandır.

Qəbizliyə kömək edən məhsulların ümumi siyahısı :

alça, ərik, alma, armud, incir, böyürtkən, ananas, şəftəli, fısdıq, kartof, badam, kələm, brüssel kələmi, brokkoli, yerkökü, quşqonmaz, quru lobya, ispanaq, qara düyü, noxud, darı, yulaf, arpa, kəpəkli çörək, kətan toxumu



loading...
Oxşar xəbərlər