Səhər Yeməyində Nə Üçün Yumurta Yemək Lazımdır?

loading...

Səhər Yeməyində Nə Üçün Yumurta Yemək Lazımdır?

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Səhər yeməyi zamanı yumurta yemək arıqlamanı 65 % sürətləndirir və optimal enerjinin saxlanmasına yardım edir.Aclıq hissini nəzarətdə saxlamaq və qəbul edilən kalorinin miqdarını aşağı salmaq istəyənlər üçün səhər yeməyində yumurtanı qida kimi seçmək ən düzgü qərar ola bilər.Araşdırmalar zamanı müəyyən edilib ki, səhərlərini yumurta yeməklə açan insanların həmin 24 saat içərisində qəbul etdikləri kalori daha az olmuş və yumurta yedikləri zaman ən azı 3 saat aclıq hissi keçirməmişlər.

Yumurtanı xüsusilə də orqanizmləri yeni - yeni aktivləşən yeniyetmə və gənclərə məsləhət görürlər.Florida universitetinin alimləri bildirirlər ki, qida rasionunda yumurtanın olması sağlamlıq üçün heç də ziyanlı deyil, qanda xolesterinin yüksəlməsi və ürək - damar xəstəliklərinin inkişafı üçün heç bir şərait yaratmır.Əksinə, kişilər arasında həftə ərzində 1 - 6 ədəd yumurta yeyənlərin ölüm riskinin aşağı olması, qadınlar arasında isə insult riskinin aşağı olması müəyyən edilmişdir.

Sonda isə qeyd edək ki, 1 ədəd yumurtanın tərkibində ( 70 kalori ) xolin, yüksəkkeyfiyyətli zülal və antioksidantlar da daxil olmaqla 13 əsas vitamin və mineral vardır.
 

loading...
Oxşar xəbərlər