SÜD MƏHSULLARININ BİLMƏDİYİNİZ ZİYANLARI
loading...
Kiçik yaşlarımızdan bəri hər birimizə məlumdur ki, süd məhsulları orqanizm üçün müstəsna şəkildə faydalıdır.Lakin müasir elm işçiləri bildirirlər ki, süd məhsullarının faydalılığı haqqında olan bəzi fikirlər bir qədər şişirdilmiş formadadırlar.
SÜD
Əksəriyyətimiz bilirik və belə hesab edirik ki, süd kalsium mənbəyidir və sümüklərin bərkiməsi və möhkəmlənməsi üçün mütləqdir.Hər birimizin bildiyi və inandığı bu fikirləri isveç alimləri alt - üst ediblər.Bunu araşdırmaq üçün alimlər 20 il 100 min insan arasında (yaş aralığı 79 - 39 ) tədqiqat aparmışlar.İştirak edənlər arasında həm ümumiyyətlə süd içməyən, həm də müntəzəm şəkildə süd içən insanlar olmuşdur.
Nəticədə belə bir nəticəyə gəlmişlər ki, gün ərzində 3 stəkandan çox süd içən insanlar içməyənlərlə müqayisədə sınıq və qırılmalardan üç dəfə daha artıq əziyyət çəkirlər.Buna səbəb isə süd şəkəri olan laktozadır.
PENDİR
Pendirin tərkibinin 60 % - dən çoxunu yağlar təşkil edir.Bu yağlar isə piylənməyə, ürək - damar xəstəliklərinə, arteriyaların tıxanmasına gətirib çıxarır.Misal üçün, mütəxəssis araşdırmaları göstərib ki, 1 kq pendirin tərkibində olan xolesterin miqdarı 1 kq bifşteksin tərkibində olan xolesterinin miqdarından daha çoxdur.
Pendirin daha bir mənfi cəhəti isə tərkibində xeyli miqdarda duzların olmasıdır.
loading...