Səhər Yeməyindən İmtina Etmək Beyin Qansızmasına SƏBƏB OLA BİLƏR !
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Sistematik şəkildə səhərlər yemək yeməməyin hansı fəsadlar törədə biləcəyini araşdırmaq üçün yaponiyalı alimlər bir sıra araşdırmalar keçiriblər.Belə müəyyən edilib ki, həftə ərzində 5 - 7 dəfə səhər yeməyi yeməyən şəxslər normal səhərlər yeməklərini yeyənlərlə müqayisədə 36 % daha çox beyin qansızmasından əziyyət çəkirlər.
Osaki universitetinin mütəxəssisləri tərəfindən keçirilən və 25 il davam edən irimiqyaslı araşdırmada 45 - 74 yaş arası 82 772 nəfər şəxs könüllü şəkildə iştirak etmişdir.Eksperiment aparıldığı müddətdə 1051 nəfərdə beyinə qansızma qeydə alınıb.Ekspertlər bildirirlər ki, onlardan 300 nəfəri səhər yeməyi yeməyən şəxslərdir.
Yaponiyalı mütəxəssislər bu qansızmasının səbəbinin nə olmasını araşdıra biliblər.Səbəb odur ki, səhər yeməyi yeməyən şəxslərin orqanizmində günün birinci yarısında qan təzyiqi yüksək olur və bunu da nəticəsində sözügüdən problem ortaya çıxır.Lakin bu əsnada ürəyin işemik xəstəliyini ( ürəyin funksional işinin qeyri stabil olması ) inkişaf etdirəcək heç bir faktor izlənilməmişdir.
Bu isə ondan xəbər verir ki, yüksək təzyiq beyin infarktının yaranmasına deyil, hemorragik insultun yaranmasına şərait yaradır.
Qeyd edək ki, yapon alimlərinin bu fikri ilə amerikalı mütəxəssislər birmənalı şəkildə razı deyillər.Onlar bunun tamamilə əksini, səhər yeməyi yeməyən şəxslərin ürək - damar sistemi xəstəliklərinin inkişaf riskinin yüksək olmasını bildirirlər.
loading...