Xərçəngə Qarşı Yeni Effektiv Üsul Tapıldı - SÜDLÜ YAŞIL ÇAY
Aile.fenomen.az saytı məlumat verir ki,
Yaşıl çayın sağlamlıq üçün olan faydaları artıq heç kəsə sirr deyil.Xüsusilə də son zamanlar, müəyyən olunub ki, yaşıl çayından xərçəng xəstəliyinin profilaktikası üçün də olduqca effektlidir.Aparılan ən son araşdırmalar zamanı mütəxəssislər belə qənaətə gəliblər ki, yaşıl çayın içərisinə süd də əlavə olunarsa, onun xərçəngəleyhinə olan xüsusiyyətləri qat - qat artmış ola bilər.
Sübut olunub ki, yaşıl çayın tərkibində polifenol adlı xüsusi maddə var ki,bu da xərçəng hüceyrələrinin inkişafının və artmasının qarşısını almağa yardım edir.
Kanadalı alimlər araşdırmalar zamanı sübut edə biliblər ki, polifenol adlı bu maddə südlə qarışaraq onun içərisində həll olur, bununla yanaşı öz bioloji xüsusiyyətlərini saxlayır və həmçinin də xərçəngəleyhinə olan öz təsirini yüksəldir.Südlə qarışan yaşıl çay yoğun bağırsaqda olan xərçəng şişlərinin yayılmasının qarşısını alır.