Fol Turşusunun FAYDALARI
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Fol turşusu - yarpaqlı yaşıl tərəvəzlər, meyvələr, paxla və noxud kimi qidaların tərkibində olan B vitaminlərindən biridir.Digər adı B9 da adlandırıla bilər.
Faydaları
Fetal inkişaf zamanı önəmli bir rol oynayır.Hamilələr və ana bətnində olan körpələr üçün olduqca faydalıdır.Fol turşusu çatışmazlığı səbəbilə hamiləlik dövründə bir sıra problemlər ortaya çıxa bilər.
Spermanın aktivliyini artırır.Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, fol turşusu müalicəsi alan kişilərin də sonsuzluqla apardıqları mübarizə tezliklə öz müsbət təsirlərini göstərmişdir.
Fol turşusunun köməyilə orqanizm bir sıra yeni hüceyrələri yaratmağa nail olur.Xüsusilə də qırmızı qan hüceyrələrinin əmələ gəlməsi üçün təsirlidir.Fol turşusunun orqanizmdə kifayət qədər olmaması anemiya kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.Araşdırmalarda müəyyən olunub ki,bu faydalı maddələr insan orqanizmində yarana biləcək kolon xərçəng hüceyrələrinin qarşısını alır.
Depressiv hallar zamanı qəbul edilən dərmanların faha təsirli olması üçün fol turşusu da təyin olunur.Bu onların təsirlilik gücünü artırır.
Əzələ toxumalarının sağlam olmasını nəzarətdə saxlayır.
Cild hücerələrinin inkişafı və yenilənməsini təmin edir.
Yaddaşını itirən, Alzheymer xəstəliyindən əziyyət çəkənlərin xəstəliyinin qarşısını almaq üçün olduqca faydalıdır.
Orqanimzdə fol turşusu çatışmazlığı
Fol turşusunun çatışmazlığının əlamətləri arasında anemiya (qan azlığı), yaddaş zəifliyi, paranoya, gücsüzlük, dəri çatlaması və s. vardır.Bu vitamin çatışmazlığı olan xəstələrin əksəriyyətində sonsuzluq olduğu müəyyən edilmişdir.
Tərkibində fol turşusu olan məhsullar :
İspanaq, kələm, roka salatı kimi yaşıl göyərtilərdə ;
Quşqonmazda ;
Brüssel kələmi, brokoli, kərəviz, yerkökü ;
Bibəriyə, reyhan, kəklikotu, nanə kimi qurudulmuş otlar ;
Paxla, noxud, yaşıl noxud, yaşıl mərcimək, qırmızı mərcimək və bu kimi paxlalılarda ;
Balqabaq tumu, küncüt, tum, kətan toxumu kimi toxumlar ;
Fısdıq, badam, qoz ;
Qaraciyər ;
Avokado, banan, papaya, portağal, qreypfrut, limon, çiyələk və yemiş ;
Pomidor suyu, yumurta, pul bibər, maya, çörək, makaron kimi taxıl məmulatları.
QEYD : Fol turşusu müalicəsinə başlamazdan öncə mütləq şəkildə həkiminizlə məsləhətləşin.
loading...