İspanağın FAYDALARI
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
İspanaq vitamin və minerallarla zəngin olan göyərtidir.İnsanların əksəriyyəti bu məhsulu bişirilmiş şəkildə yesə də, bu göyərtini bişirilməmiş formada da salatlarda istifadə etmək mümkündür.
İspanağın tərkibində bol miqdarda maqneziyum, dəmir, kalsium, fol turşusu, vitamin A, B6, C və tiamin kimi maddələr vardır.Adı çəkilən bu maddələr isə orqanizmin maddələr mübadiləsini düzgün yerinə yetirməyə yardım edir.İspanağın tərkibində həmçinin beta - karoten, lutein, ksanten və xlorofilin kimi piqmentlərlə də zəngindir.
Xərçəng, ürək, diabet və s. xəstəliklərin yaranma və inkişaf riskini də aşağı salır.
Hamilələrin ən çox ehtiyacı olduqları fol turşusu bu məhsulda olduqca çox miqdarda vardır.Onu qeyd edək ki, fol turşusu uşağın sinir sisteminin inkişaf etməsi üçün olduqca önəmlidir.
Gözlərdə şişkinlik və ağrını götürür.Göz üçün faydalı olan vitamin A ilə zəngindir.
Detoks təsirinə malikdir və iltihablanmanı azaldır.Qaraciyər sağlamlığını təmin edir.
Lifli qida olduğu üçün həzm sistemini yaxşılaşdırır və qəbizliyin yaranmasının qarşısını alır.
loading...