Avokadonun Faydaları

loading...

Avokado Meyvəsinin Faydaları

Aile.fenomen.az saytı məlumat verir ki,


Son zamanlar məşhurlaşan avokado ən faydalı məhsullardan hesab edilir.Tərkibində bol miqdarda A, B, C, E və K vitaminləri, həmçinin dəmir, fosfor, lif, protein, omeqa 3 yağları, fol turşusu vardır.Tərkibinin bu qədər zəngin olmasına baxmayaraq avokado artıq çəki ilə mübarizə aparmaq üçün də olduqca təsirlidir.Avokadonun içərisində olan yağlar doymamış yağdır və gün ərzində tox qalmağa kömək edir.


-  Avokadonun qəbizliyə qarşı təsirli, immunitet sistemini gücləndirici xüsusiyyətləri var.


-  Bədən toxumalarının və dərinin yenilənməsinə köməkçi olur.


-  Yaraların yaxşılaşmasına kömək edir.


- Yaxşı bir hüceyrə qoruyucu və antioksidandır.


- Ehtiva etdiyi doymamış yağ turşuları qanda xolesterinin yüksəlməsini önlədiyi üçün ürək və damar xəstəlikləri üçün ən yaxşı təbii dərmandır. 


- Avokado bədəndə toksik maddələri təsirsiz hala gətirərək yaşlılığa yol açan zərərli maddələri yox etməklə yaşlanma müddətini yavaşladır və xəstəliklərin qarşısını almaqda əhəmiyyətli rol oynayır.


- Tərkibində olan zülal, mineral və vitaminlər kiçik uşaqların və hamilə qadınların balanslı və sağlam bəslənmələrində çox lazımlı olan maddələrdir.


- Dərini qurumaqdan qoruyur və xüsusilə həssas, quru, köhnəlmiş və yaşlanmış dəriləri yaxşılaşdırır və gücləndirir.


- Bol miqdarda ehtiva etdiyi A vitamini hüceyrələrin yenilənməsini dəstəkləyir.


 

loading...
Oxşar xəbərlər