Çörəyin Bilmədiyiniz Faydaları

loading...

Çörəyin Bilmədiyiniz Faydaları

 

 
Aile.fenomen.az saytı məlumat verir ki,

Hamımıza məlumdur ki, istənilən pəhriə başlamaq üçün ilk növbədə çörəkdən imtina etmək lazımdır.Lakin bu addımı tamamilə doğru saymaq düzgün deyil.Əslində çörəyin tərkibində orqanizm üçün mühüm olan bir çox maddə və elementlər vardır.Bunlar amin turşuları, karbohidratlar, vitaminlər, zülallar, yağlar və s başqa elementlərdir.Məhz elə bu tərkibinə görə bu qida məhsulunu rasiondan tamamilə çıxarmaq düzgün hesab olunmur.

Yaxşı olar ki, çörək seçərkən daha sərt taxııldan hazırlanmış un məmulatlarına üstünlük verəsiniz.Belə çörəklərin tərkibi faydalı birləşmə və elementlərlə daha zəngin olur.

BUĞDA UNU
Bu ən faydalı çörək hesab olunmur.100 qram məhsulun tərkibi 270 kkal və 2,9 yağdan ibarətdir.Karbohidratlar qanın tərkibinə keçərək qlükozanın ayrılmasına şərait yaradır ki, bu da iştahanı gücləndirir.Bu çörək bağırsağın fəaliyyəti üçün də ziyandır.

ÇOVDAR ÇÖRƏYİ
Bu qəhvəyi rəngli çörək bol miqdarda vitaminlərlə zəngindir.Çovdar çörəyi orqanizmi zərərli maddələrdən təmizləyir, avitaminoz, şəkərli diabet xəstəliyindən əziyət çəkənlər üçün çox faydalıdır.Çovdar çörəyi yüksək turşululuq zamanı yeyilməsi məsləhət deyil.Diqqət yetirin ki, 100 % təmiz çovdar unundan hazırlanmış çörək orqanizm və mədə üçün çox ağır hesab olunur.Tərkibini yüngülləşdirmək üçün isə bu una bir qədər buğda unu əlavə etmək kifayətdir.Belə olan halda o həm faydalı olur, həm də orqanizm tərəfindən yaxşı həzm olunur.

QARABAŞAQ ÇÖRƏYİ
Bu çörək də tərkibi müxtəlif amin turşularının zəngin olduğu qidadır.Qarabaşaq çörəyi kalium, fosfor, dəmir, sink, maqeziyum, antioksidantlar, B və E vitaminləri ilə zəngindir.Damar xəstəlikləri zamanı çox faydalıdır.

KƏPƏK ÇÖRƏYİ
Kəpək çörəyi tərkibində olan minerallarla, vitaminlərlə, zülallarla və nikotin turşuları ilə fərqlənir.İmmuniteti yüksəldir, orqanizmi allergenlərdən və toksinlərdən təmizləyir.Mədə - bağırsaq xəstəliklərinin yaranmasının qarşısını alır, çəki atmağa kömək edir.Bu çörəyə həm də pəhriz çörəyi də deyirlər.


loading...
Oxşar xəbərlər