Ən Ziyanlı 7 MƏHSULUN SİYAHISI

loading...

Ən Ziyanlı 7 MƏHSULUN SİYAHISI

 
Aile.fenomen.az saytı məlumat verir ki,

Harvard universitetinin alimləri sağlamlığı yerində olmayan, artıq çəkidən və piylənmədən əziyyət çəkən insanlar arasında irimiqyaslı araşdırma keçiriblər.Dietoloqlar isə təkid edirlər ki - gözəl bədən quruluşuna sahib olmaq istəyən hər kəs adı çəkilən bu məhsul və tərəvəzləri qida rasionundan çıxarmalıdır.

1. QARĞIDALI
Ən yüksək miqdarda kaloriyə malik tərəvəz hesab olunur - 100 qr - 110 kkal.Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, müntəzəm şəkildə qarğıdalı yeyən yaxud da onu hər hansı bir formada öz qidasına əlavə edən şəxslər il ərzində orta hesabla 2 kiloqrama yaxın çəki alırlar.Qarğıdalıdan istifadə etməyən şəxslərin bədən quruluşlarında isə heç bir dəyişiklik hiss olunmamışdır.

2. KARTOF
Bu tərəvəz də olduqca ağır hesab olunur.Tərəvəzin kalori miqdarı isə hər 100 qr - da 80 kkal - dir.Eyni zamanda kartofun tərkibində bol miqdarda nişastanın olduğunu da qeyd etmək lazımdır.

3. YAŞIL NOXUD
İlk baxışdan ziyansız və kiçik görünən noxudun tərkibində isə hər 100 qr - da təxminən 73 kkal vardır.

4. KOLRABİ KƏLƏMİ
Adətən kələm istənilən tərəvəzli pəhrizlərin əsasını təşkil edir və qorxusuz hesab olunur.Lakin, praktika göstərir ki, bu heç də belə deyil.Sadəcə Pekin kələmi 100 qr - da 16 kkal olarkən, kolrabi kələminin kalori dəyəri ondan 4 dəfə daha artıqdır.

5. CƏFƏRİ
Cəfəri yazısını oxuyan oxucular yəqin ki, təəccüb içərisindədirlər.Çünki, cəfərinin yalnız faydalı olduğu haqqında məlumatlar alıblar.Doğrudur, cəfərini həddindən artıq çox yemək qeyri - mümkündür.Lakin, bu faydalı göyərti də olduqca kalorilidir.Hər 100 göyərtinin tərkibində 40 kkal vardır.Cəfərinin daha bir mənfi xüsusiyyətini də mütləq şəkildə qeyd etmək lazımdır ki, onun həm də iştahlandırıcı özəlliyi də vardır.

6. BADIMCAN
Böyük badımcanların tərkibində alkaloid solanin adlı maddələr olur ki, onun da həzm sistemi fəaliyyətini pozmaq kimi xüsusiyyəti vardır.

7. PAXLA
Qurudulduğu zaman yaxud da ki, uzun müddət ərzində saxlanıldığı zaman paxlanın tərkibində ziyanlı maddələr əmələ gəlir.Pis tərəfi də ondadır ki, onu nə məhsulun dadında, nə də qoxusunda hiss etmək mümkün olmur.Belə qidanın isə orqanizmə ola biləcək faydalarından danışmaq qeyri - mümkündür.

 

loading...
Oxşar xəbərlər