Əslində Faydalı Olan " Ziyanlı " MƏHSULLARIN SİYAHISI
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
QIRMIZI ƏT
Məlumdur ki, sağlam qidalanmaya üstünlük verən şəxslər bir qayda olaraq, qırmızı ətlərdən, yəni məsələn, mal əti, qoyun ətindən imtina edir və yeri daha çox ağ ətə verməyə üstünlük verirlər.Lakin, onu qeyd etmək lazımdır ki, kalorilik və yağlılıq baxımından toyuq və hind quşu əti qırmızı əti çox az qabaqlayır.Bundan başqa, qırmızı ətin tərkibində orqanizm üçün önəmli olan sink, dəmir və digər başqa faydalı fermentlər vardır.
AĞ ÇÖRƏK
Ağ çörəyin ən böyük zərəri ondan ibarətdir ki, o, rafinəedilmiş undan hazırlanır.Dənli undan hazırlanmış çörəyin tərkibində bağırsaqları təmizləyən və faydalı bakteriyalar vardır.
KƏRƏ YAĞI
Bu " ziyanlı " hesab olunan məhsul əslində fosfolipidlər, kalsium, amin turşuları və digər başqa faydalı vitaminlərlə zəngindir.Təbii kərə yağı saç, dəri, görmə sistemi, əzələ sistemi üçün olduqca faydalıdır.Onu yadınızda saxlayın, səhərlər çörəyin üzərinə çəkilmiş nazik qat yağ sizin orqanizminizi xolesterinlə doldurmaz, əksinə, orqanizm lazımi fermentləri qəbul edər.
KARTOF
Məlumdur ki, kartofa elm adamları ikinci çörək adını veriblər.Dietoloqlar da məhz un məmulatları kimi bu məhsulu da faydalı məhsullar siyahısından çıxarıblar.Lakin, insanlar unudurlar ki, həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərən karbohidratların ən faydalısı demək olar ki, kartofdadır.Kartofun tərkibində amin turşuları, fosfor, fol turşusu, maqneziyum, kalsium, kalium və s. bu kimi faydalı elementlər vardır.
YUMURTA
Yumurtanı da tərkibində yüksək miqdarda xolesterin olduğu üçün ziyanlı hesab edirlər..Və yenə də nəzərə alınmalıdır ki, bu məhsulun tərkibində xolesterinin səviyyəsini aşağı salan bol miqdarda fosfolipidlər vardır.
loading...