Badamın FAYDALARI

loading...

Badamın FAYDALARI

 
 

Aile.fenomen.az saytı məlumat verir ki,


Badam ən çox Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Suriya və İsrail kimi mülayim iqlimi olan ölkələrdə yetişir.İki növü vardır : şirin və acı.Acı badamdan badam yağı düzəltməkdə və yeməklərə ləzzət vermək üçün istifadə edilir.Şirin badam isə çiy şəkildə yeyilir.Badamdan həmçinin badam südü də hazırlanır.


Tərkibi olduqca zəngindir.E vitamini, kalsium, fosfor, dəmir və maqneziyum mənbəyidir.


FAYDALARI


Badamın sağlamlıq üçün faydaları çoxdur.Müasir dövrün ən böyük bəlaları olan stressdən yaranan xəstəliklər və xərçəng xəstəliyi əleyhinə qoruyucu özəlliyə malikdir.Bundan başqa, qəbizlik, xolesterol, sümük sağlamlığı kimi bir çox problemlərlə mübarizədə də olduqca effektivdir.Daha tez və yaxşı təsirini görmək üçün isə onu səhər ac qarına bir neçə ədəd yemək lazımdır.


Dəri sağlamlığı üçün də badam olduqca faydalıdır.Yeni doğulan körpələri də badam yağı ilə masaj etmək lazımdır.Daha yaxşı olar ki, sabun seçərkən də badam südü ilə hazırlanmış sabunlardan istifadə edəsiniz.


Tərkibində bol miqdarda manqanez, riboflavin olduğu üçün metobolizm prosesini sürətləndirir.


Beynəlxalq xərçəng xəstəliyi mərkəzi təsdiq edib ki, badamın tərkibində bu xəstəliyin qarşısını ala biləcək liflər vardır.


Badam həmçinin artıq çəkidən əziyyət çəkənlər üçün də faydalıdır.Badam bağırsağın hərəkətini sürətlnndirir və bu özəlliyi ilə də pəhrizdə olanlar üçün bu məhsul olduqca faydalı hesab edilir.Bundan başqa, tərkibində olan liflərin hesabına bədəndəki toksinlərdən də qurtulmaq mümkündür.

 

loading...
Oxşar xəbərlər