Bu Şəxslər MORUQ YEYƏ BİLMƏZ!
Aile.fenomen.az saytı məlumat verir ki,
Moruq mövsümü artıq demək olar ki, açıqdır.Bu, isə o deməkdir ki, biz bu dadlı meyvəni masalarda daha da tez - tez görəcəyik.
Moruğun faydası çoxdur, lakin təhlükəli tərəflərini də bilmək lazımdır.
Mütəxəssislər bildirirlər ki, öz sağlamlğının qeydinə qalan şəxslərin qida rasionunda hər gün moruq olmalıdır.Moruq yay mövsümünün ən zərif meyvələrindəndir.Buna görə də bu meyvəni yeyərkən özünü saxlamaq qeyri - mümkündür.Lakin, yuxarıda qeyd etdiyimiz bu məsum meyvənin ziyanlı tərəflərini də unutmaq olmaz.
Moruğun təhlükəsi nədən ibarətdir ?
İlk növbədə moruq allergik təsiri olmaqla təhlükəlidir.Onu çox miqdarda qəbul etdikdə müxtəlif dəri allergiyalarına yoluxmaq mümkündür.
İkinci qorxulu tərəfi isə mədə bağırsaq problemləri olanlar üçündür.Qastrit və mədə xorası zamanı bu meyvəni çox yemək olmaz.Əks təqdirdə ağrı şiddətlənə bilər.
Böyrək problemlərindən əziyyət çəkənlər də moruq yeyərkən diqqətli olmalıdırlar.Səbəb isə moruğun sidikqovucu təsirinin olmasıdır.Bu isə böyrəklərə olan təzyiqi artırır.
Bronxial astma və burun poliplərindən əziyyət çəkənlərə də bu meyvədən istifadə tövsiyə edilmir.
Sadalanan bu problemlərdən əziyyət çəkmirsinizsə, rahatlıqla bu dadlı, gözəl və faydalı meyvədən həzz ala bilərsiniz.