Kimlər Düyü Və Düyüdən Hazırlanmış Yeməklər YEYƏ BİLMƏZ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Bildiyimiz kimi düyü olduqca faydalı və xeyirli məhsul kimi tanınır.Mətbəximizin və dünya mətbəxinin də tərkibinin ayrılmaz məhsullarından biri olan düyü ölkəmizdə də sevilən və eyni zamanda da faydalı hesab edilən məhsullardan biridir.Lakin, aparılan araşdırmalardan sonra müəyyən olunmuşdur ki, bəzi şəxslərə düyü yemək olmaz.
Məsələ bundadır ki, bu dənli bitki hətta orqanizmi sağlam olan insanlarda belə qəbizlik və meteorizm ( köpmə ) kimi hallar yarada bilər.Adıgedən bu problemlərdən yaxud da başqa cür mədə - bağırsaq xəstəliklərindən əziyyət çəkən insalarda isə bu xəstəliyin daha da ciddiləşməsinə, həmçinin hemorroy və anal çatların yaranmasına səbəb ola bilər.
Ağ düyüdən həmçinin diabetdən əziyyət çəkən insanlar da istifadə edə bilməz.Çünki, düyünün tərkibində sürətli karbohidratlar vardır.Bundan əlavə bu düyü müxtəlif allergik reaksiyalara da səbəb ola bilər.
Mütəxəssislər həm də bildirirlər ki, bir sıra məhsullar vardır ki, onlarla düyünü birlikdə istifadə etmək olmaz.Bunlar əsasən bütün növ heyvani yağlar və sitrus bitkiləridir.