Bu Sadə Üsullarla Öskürəkdən ASANLIQLA AZAD OLUN!
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Soyuq qış aylarında insan orqanizminin immuniteti zəifləyir ki, nəticədə də soyuqdəymə, qrip kimi problemlər yaranır.Öskürək də bu xəstəliklərlə birgə baş qaldırır.
Bir sıra xalq təbabəti üsulları vardır ki, onlarla öskürəyin öhdəsindən asanlıqla gəlmək mümkündür.Buna görə də yaxşı olar ki, öskürək sizi narahat etməyə başladığı zaman apteklərdən kimyəvi tərkibli dərman, siroplar almaq əvəzinə təbii üsulla onu müalicə etməyə çalışasınız.
Əgər quru öskürək sizi narahat edirsə soğanlı bu resepti etməyiniz məsləhət görülür :
7 - 8 baş soğan, 2 diş sarımsağı xırda şəkildə sürtkəcdən keçirin və üzərinə 1 litr süd əlavə edin.Kiçik ocaqda 30 dəqiqə müddətində qızdırın.Sonra isə içərisinə bir neçə xörək qaşığı bal əlavə edin.Bu qarışımı gün ərzində 3 dəfə yeməkdən 5 dəqiqə əvvəl 1 - 2 xörək qaşığı qədər qəbul edin.
Öskürəyin müalicə üsullarından biri də turpdur.Turp güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə sahibdir.Turpdan müalicəvi qarışım hazırlamaq üçün bir neçə turpun suyunu sıxıb onu balla qarışdırmaq və gün ərzində 5 dəfə daxilə qəbul etmək lazımdır.
loading...