Yüksək Təzyiqi Olanlar Üçün Ən Ucuz Vasitə

loading...

Aile.fenomen.az saytı məlumat verir ki, 

Amerikalı alimlər təkid edirlər ki, hipertoniyanı güclü təsirli preparatlarsız da müalicə etmək mümkündür.Amerikanın ürək assosiasiyasının üzvlərinin sözlərinə görə, hipertoniyadan əziyyət çəkən şəxslərin dərmanı əslində bütün mağazalarda var.Sən demə bu dərman hamımızın yaxşı tanıdığı və istifadə etdiyi tomat şirəsidir.

Ekspertlərin fikrinə görə, tomat şirəsində yüksək təzyiqi nəzarət altında saxlayan və onun inkişaf etməsinin qarşısını almağa yardım edən bol miqdarda kalium elementləri vardır.

Kalium elementi natriumun damarlara olan mənfi təsirini neytrallaşdırma qabiliyyətinə malikdir.Bu keyfiyyətlərinə əsasən tomat şirəsindən hər kəs çəkinmədən istifadə edə bilər. 

Hər 120 ml tomat şirəsinin tərkibində 2.75 qram kalium mövcuddur.Belə dəyərə sahib olan digər məhsullar da vardır. Avokadonun dörddə bir hissəsində, bir ədəd kividə və bir fincanı dörddə bir hissəsi qədər kişmişdə bu ehtiyatlar mövcuddur. 

Alimlərin sözlərinə görə, yüksək təzyiqdən qorunmaq yaxud da onu nəzarət altında saxlamaq üçün gün ərzində 3,5 qram kalium ehtiyatı qəbul etmək kifayətdir.

loading...
Oxşar xəbərlər