Həzm Sistemində Problemi Olanlar Diqqətlə Oxusun! 3 Məhsul Sizə Yardım Edəcək!
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Mədə bağırsaq traktı orqanlarının fəaliyyətini yaxşılaşdırmaq, disbakterioz, qarında şişkinlik kimi problemlərdən azad olmaq, maddələr mübadiləsi prosesini sürətləndirmək istəyənlər öz qida rasionlarına mütləq bu 3 məhsulu əlavə etməlidirlər.
Qırmızı turp (kiçik)
Bu tərəvəzin tərkibində orqanizmdə maddələr mübadiləsi prosesini yeniləyən, iştahanı normallaşdıran efir yağları mövcuddur.Qırmızı turp qanda yüksək miqdarda qlükoza olan şəxslər üçün xüsusilə faydalıdır.
Sarıkök
Sarıkök antioksidant və iltihabəleyhinə xüsusiyyətlərinin olması ilə fərqlənir.Bu faydalı keyfiyyətlərinə görə də alimlər bu ədvadan mədə qastriti və mədə yaraları olanlardan və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər üçün profilaktik məqsədlə məsləhət görürlər.
Çuğundur
Çuğundurun tərkibində B, C və PP kimi vitaminlər, dəmir, maqneziyum, yod, kalium, sink, fosfor kimi çoxlu minerallar mövcuddur.Bu tərəvəz qaraciyərin, bağırsağın və ödün fəaliyyətini yaxşılaşdırır, sidikqovucu xüsusiyyətə malikdir.
loading...