Mədə Ağrısı Olanlar XİYARDAN İSTİFADƏ ETSİNLƏR!

loading...

Mədə Ağrısı Olanlar XİYARDAN İSTİFADƏ ETSİNLƏR!

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Xiyar yeməklə dərialtı piylərin səviyyəsini aşağı endirmək mümkündür.Məsələ bundadır ki, xiyarın tərkibində bol miqdarda maye var və bu mayenin köməyilə ziyanlı toksinlər orqanizmdən xaric olaraq metobolizm prosesini normallaşdırır.
Xiyarın mədə üçün faydalı olduğu haqqında 5 məlumatı təqdim edirik :


1. Mədənin selikli təbəqəsini yaxşılaşdırır 
Mədə yarası xəstəliyi - son günlər ən çox yayılmış patologiyalardan biri hesab olunur.Xiyarın tərkibində elə maddələr mövcuddur ki, onlar mədənin yumşalmasına yardım edir və qıcıqlanmasının qarşısını alır.Alternativ üsul kimi xiyar mədə yarası və eroziyası kimi xəstəliklərin müalicəsində istifadə olunur.


2. Orqanizmin detokslaşdırılması
Xiyar toxumlarının tərkibində diuretik effektə malik olan maddələr mövcuddur.O, orqanizmdən sidik ifrazını normallaşdırır və toksinləri orqanizmdən çıxarır.Bu da öz növbəsində qarında şişkinlik və qaz kimi xoşagəlməz halları aradan qaldırır.


3. Qlükoza və xolesterin səviyyəsini aşağı salır
Heyvanlar üzərində aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, xiyar ekstraktı qanda xolesterinin miqdarını 29 % salır və qlükozanı aşağı salır.


4. Qəbizliyi aradan qaldırır
Tərkibində bol miqdarda maye olduğu üçün xiyar qəbizlikdən əziyyət çəkən insanlar üçün əla çıxış yoludur.Qeyd etmək lazımdır ki, tərkibində çiy şəkildə istirak edən istənilən növ tərəvəz mədə - bağırsaq traktının  fəaliyyətini yaxşılaşdırır.


5. Azkalorili enerji mənbəyidir
Tərkibində yağ olmayan, lakin olduqca doyumlu və dadlı olan xiyar gözəl və faydalı enerji mənbəyi hesab edilir.

 

loading...
Oxşar xəbərlər