Böyrəklər Üçün 5 Ən Faydalı Məhsullar

loading...

Böyrəklər Üçün 5 Ən Faydalı Məhsullar

 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Bədəndəki bütün ziyanlı maddələri və toksinləri filtrlədiyi üçün böyrəklər insan orqanizminin ən həyati vacib orqanlarından biri hesab olunur.

Mütəxəssislər böyrəklərin fəaliyyətini daha yaxşılaşdıran və normallaşdıran 5 məhsulun adlarını açıqlayıblar. 

Rəngli kələm

Alimlərin fikrinə görə, böyrəklər üçün ən əvəzsiz məhsullardan biri rəngli kələmdir.Onların fikirlərinə görə, kələmin tərkibində olan bol miqdarda C vitamininin, fol turşusunun hesabına qanda şəkərin səviyyəsini aşağı salmaq olar.

Yerkökü 

Böyrəklər üçün daha bir faydalı hesab edilən məhsul yerköküdür.Yerköküdə olan xüsusi beta karotin maddələri arterial qan təzyiqi normada saxlamaq üçün xüsusilə faydalıdır.Bildiyimiz kimi, şəkərin yüksəlməsi və hipertoniya ( təzyiqin yüksək olması ) böyrək funksiyasının pisləşməsinin əsas səbəbləridir.

Alma

Alma da böyrəklər üçün lazımlı hesab edilən məhsullardandır.Araşdırmalar göstərir ki, alma tərkibində olan pektin maddələrinin bolluğu hesabına böyrəkləri müxtəlif zədələnmələrdən qoruma xüsusiyyətinə sahibdir.Bu maddə orqanizmdə olan toksiki maddələrin kənarlaşdırılması üçün çox effektivdir. 

Soğan 

Müntəzəm olaraq soğandan istifadə edərək siz böyrəklərdə olan funksional pozulmaların müəyyən qədər qarşısını ala bilərsiniz.Araşdırmalardan sonra sübut edilib ki, soğanda olan xüsusi prostaqlandin maddəsi arterial qan təzyiqini aşağı salmaq və normallaşdırmaq üçün çox təsirlidir. 

Sarımsaq

Böyrəklərin fəaliyyət pozulmalarında sarımsaqdan istifadə edərək orqanizminizdə ümumi profilaktika apara bilərsiniz.Sarımsaqda olan xüsusi  antioksidantların hesabına bədəndə ümumi iltihabəleyhinə proseslər gedə bilər.

loading...
Oxşar xəbərlər