Bal Təzyiqi Salır Yoxsa Qaldırır? Balın İnanılmaz Xüsusiyyətləri...

loading...

Bal Təzyiqi Salır Yoxsa Qaldırır? Balın İnanılmaz Xüsusiyyətləri...

 
Aile.fenomen.az saytı məlumat verir ki, 

Hər gün bal yesək orqanizmimizdə nə baş verər?
Çoxlarımızın da bildiyi kimi bal soyuqdəymə ilə mübarizə zamanı, dərinin gözəlləşməsi üçün çox xeyirlidir.Lakin, möcüzəvi məhsul olan balın faydalı tərəfləri bunlarla bitmir.

Bal elə bir məhsuldur ki, onu yeməyə əlavə edərək həmin təamın dadını və faydalılığını təbii ki, yüksəltmiş olarsınız.Lakin, yatmazdan öncə yalnız tək 1 qaşıq yeyilən balın nəticəsində orqanizminizdə yavaş - yavaş inanılmaz təsirlərini görəcəksiniz.

Bəs bu təsirlər nələrdir ?

1.Keyfiyyətli və rahat yuxu
Səbəbi isə odur ki, balın tərkibində xüsusi triptofan adlı qidalandırıcı maddə vardır ki, onun hesabına insan orqanizmini rahatladan və yuxu gətirən hormonlar ifraz olunmağa başlayır. 

2. Qan təzyiqini aşağı salır
Bildiyimiz kimi yüksək qan təzyiqi ürək damar xəstəliklərinin yaranmasına və inkişafına səbəb olur.Balın tərkibində olan antioksidantların hesabına orqanizmdə yaranan qan təzyiqi normaya düşür.Gecə yatmazdan qabaq qəbul edilən 1 qaşıq bal təzyiqi normada saxlamaq üçün təsirli seçimdir.

3. İmmun sistemini möhkəmləndirir
Qeyd etdiyimiz kimi bal antioksidantlar və antibakterial maddələrlə olduqca zəngindir.Məhz bu xüsusiyyətlərinə görə, orqanizmin immun sistemi möhkəmlənir və bakteriya, göbələk və viruslara qarşı daha dirəncli olmasına yardım edir. 

4. Öskürəyi aradan qaldırır 
Bal ən təbii iltihabəleyhinə vasitə hesab olunur.Boğazda olan qıcıqlanma və öskürəyi olan şəxslər isti suya qarışdırılmış ballı suyu içsələr tez bir zamanda həmin problemdən azad ola bilərlər.
 

loading...
Oxşar xəbərlər