Süd Vəzisi Xərçəngini Məhv Edən Məhsulları Tanıyın!
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Süd vəzisi xərçəngi bütün dünyada yayılmış və ən təhlükəli hesab edilən xəstəliklərdən biridir.Insanların əksəriyyəti belə düşünür ki, bu xəstəlikdən yalnız yaşlı qadınlar əziyyət çəkir, lakin araşdırmalar zamanı müəyyən olunub ki, bu xəstəliyin riski qrupuna hətta 25 yaşlı qadınlar da aiddir.
Süd vəzisi xərçənginin müalicəsi istiqamətində bir çox yolllar mövcuddur.Bunlardan biri isə sağlam qidalanma və düzgün həyat tərzinin keçirilməsidir.Araşdırmalar zamanı mütəxəsisslər bu xəstəlik əleyhinə təsir edən 3 məhsulu araşdırıb tapıblar.Onları sizə də təqdim edirik :
1. İspanaq
Araşdırmalar zamanı müəyyən edilib ki, müntəzəm olaraq ispanaq yeyən qadınlar digərləri ilə 40 % nisbətdə daha az hallarda süd vəzisi xərçənginə tutulurlar.Bunun səbəbi isə ispanaq və digər bir sıra yaşıl tərəvəzlərdə olan karotinoid elementləridir.Bu elementlər orqanizmə ziyan vuran molekul və radikalları məhv etmə, orqanizmdən uzaqlaşdırma xüsusiyyətinə sahibdirlər.
2. Brokkoli
Kələmin fərqli və çox faydalı hesab edilən növü olan brokkoli öz tərkibində olan xərçəngəleyhinə olan maddələrlə, xüsusilə də sulforafan adlı komponentlə zəngindir.Siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, sulforafan xərçəng hüceyrələrini məhv etmə xüsusiyyətinə malikdir.
3. Nar
Narın tərkibində elə bir xüsusi vacib element var ki, o hətta estrogen mənşəli xərçəng xəstəliyi zamanı da öz təsirini göstərir.Amerikalı mütəxəsisslər sübut ediblər ki, nar tumunun tərkibində elə bir xüsusi turşular vardır ki, o ən güclü antioksidant hesab olunur.
loading...