Koronavirusun Yeni Müalicə Metodu Tapıldı

loading...

Koronavirusun Yeni Müalicə Metodu Tapıldı

 
Aile.fenomen.az saytı məlumat verir ki, 


Çində Honq konq Universitetinin alimləri koronavirusun növbəti müalicə metodunu kəşf ediblər.Bu haqda ilk olaraq 
 South China Morning Post - da məlumat qeyd edilib.Məsələ artıq bu infeksiya ilə mübarizədə qalib olan şəxslərin qanlarında olan antitellərin  xəstə olan şəxslərin qan serumlarına nəqlindən ibarətdir.

Bir sıra təcrübəli mikrobioloqlar gəmiricilər üzərində araşdırmalar aparıblar.
Sözügedən təcrübə zamanı qızılı suriya gəmiricilərindən ( zülalları insanınkı ilə oxşar olduğu üçün) istifadə olunub.Alimlərin fikrinə görə, məhz elə bu fermentin vasitəsilə koronavirus orqanizmə daxil olur.

Gözlənilən kimi də oldu.Gəmiricilər də xəstəliyi insanlar kimi keçirdilər.Belə ki, onlar da öz tərəfdaşlarını yoluxdurmağa başladı, ağciyərlərində, bağırsaqlarında problemlər yaranmağa başladı, immun sistemləri də xeyli zəiflədi.
Qeyd etmək lazımdır ki, onların bir qismi öz - özünə sağaldı.Beləliklə də, tədqiqatçılar artıq bu xəstəlikdən sağalanların serumlarını xəstələrin serumlarına nəql ediblər.Nəticədə isə, virusun yayılma halı 10 dəfəyədək azalmışdır.

Bütün bu sözügedən prosesləri insanlar üzərində həyata keçirmək üçün isə etik olaraq tibbi komitədən icazə və razılıq alınmalıdır.
 
 
//menslife.com
 

loading...
Oxşar xəbərlər