Qan Şəkərini Salmanın YOLU TAPILDI!

loading...

Qan Şəkərini Endirməyin YOLU TAPILDI!

 
Aile.fenomen.az saytı məlumat verir ki,

Sankt - Peterburq və Finlandiya universitetlərinin alimləri aparılan araşdırmalar zamanı müəyyən ediblər ki, qlikogen adlı maddənin sürətlənməsi preddiabetin inkişafına səbəb olur ki, bunun da nəticəsində qanda qlükozanın miqdarı yüksəlir.Onu normaya salmağa isə qlikogenin quruluşuna təsir edən metformin adlı həb yardım edir.

Metformin - şəkərli diabet zamanı geniş şəkildə istifadə edilən vasitələrdən biridir.O, qanda qlükozanın normallaşmasına yardım edir.Vasitənin təsirliliyi isə labarator gəmiricilər üzərində aparılan eksperimentlər zamanı müşahidə edilib.

Eksperiment zamanı " vəhşi növə " aid siçanlardan istifadə edilib.Siçanların bir qisminin suyuna 300 mq metformin əlavə edilib.Digər qismə isə heç bir şey verilməyib.Eksperiment başladığı və bitdiyi gün siçanların çəkisi, bədənlərində olan yağın faizi və qandakı qlükozanın miqdarını qeyd ediblər.

4 həftə müşahidədən sonra müəyyən olunub ki, metformin əlavəsi alan gəmiricilərin bədən kütlələri və ümumi göstəriciləri digərləri ilə müqayisədə daha yaxşıdır.Deməli, bu vasitənin qəbulu qanda olan qlükozanın miqdarını aşağı salıb.

Alınan bütün nəticələrdən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, metformin qlikogen molekullarını normallaşdıraraq, qanda şəkərin miqdarını azaltmağa yardım edir.
 

loading...
Oxşar xəbərlər