Corona ( Korona ) Virusu Nədir?
loading...
Corona ( Korona ) Virusu Nədir?
Aile.fenomen.az saytı məlumat verir ki,
Korona virusu heyvanlar arasında geniş şəkildə yayılmış olan virus qrupudur.Nadir hallarda bu virus heyvanlardan insanlara yoluxa bilər.
2019 - cu ilin dekabr ayında Çində birdən - birə bu virusdan xəbərlər yayılmağa başladı.Aparılan araşdırmalardan sonra belə məlum olub ki, bu yeni bir tip koronavirusdur.Virusun bu forması 2019 - cu ildə meydana çıxdığı üçün ona COVID -19 adı verilmişdir.
Koronavirusun əlamətləri nələrdir?
Aparılan araşdırmalara görə, bu virusun əlamətləri orta dərəcəli yaxud da şiddətli ola bilir.Ən geniş yayılmış əlamətləri bunlardır :
Qızdırma, öskürək, nəfəs darlığı.
Qeyd edək ki, burun tıxanıqlığı və burun axıntısı koronavirusda bilinməmişdir.
Koronavirus necə müalicə olunur?
Koronavirus bakteriya olmadığı üçün onun müalicəsi zamanı antibyotik təyini düzgün deyil və heç bir faydası ola bilməz.Indiki vəziyyətdə sırf koronavirusa aid müalicə metodu mövcud deyil.Hazırda mütəxəssislər tərəfindən müalicə yolları araşdırılır.
Son olaraq qeyd etmək lazımdır ki, hər virusda olduğu kimi koronavirusda da immun sisteminizi möhkəmləndirmək ( yəni normal yuxu rejimi, sağlam qidalanma və fiziki aktivlik ) önəmlidir.
loading...