Yumurtalıq Soyuqdəyməsi Nədir? SƏBƏB VƏ MÜALİCƏ YOLLARI

loading...

Yumurtalıq Soyuqdəyməsi Nədir? SƏBƏB VƏ MÜALİCƏ YOLLARI

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Həyatları boyunca qadınların əksəriyyəti yaşam və sağlıq səbəblərinə görə yumurtalıq iltihabı kimi problemlərlə üzləşirlər.Bu problem çox zaman bakteriya infeksiyaları yolu ilə yoluxur.Yoluxma şəkli isə çox zaman cinsi yolla baş verir.


Yumurtalıq iltihabının əlamətləri bunlardır :


çox miqdarda və qoxulu formada ayrılan vaginal axıntı ;


qarnın alt nahiyəsi və yumurtalıqlarda ağrıların olması ;


qeyri - müntəzəm şəkildə aybaşı qanaxması ;

 

temperatur ;


cinsi əlaqə zamanı ağrı ;


sidiyə çıxan zaman ağrı yaxud da göynəmə ;


sonsuzluq (sonsuzluq probleminin ən geniş yayılmış səbəblərindən biri yumurtalıqda olan iltihabdır ).


Xüsusilə qeyd etmək lazımdır ki, yumurtalıq soyuqdəyməsi yumurtalıq xərçənginə də yol açan səbəblərdən ən geniş yayılmışıdır.


Soyuqdəymənin səbəbləri isə əsasən aşağıdakılardır :


Gigiyenik qaydalar 


Vaginal yaxud da şəxsi gigiyenik qaydalara tam riayət edilmədiyi zaman bu problem yarana bilər.Aybaşı zamanı yaxud da həddindən artıq tez - tez cinsi əlaqədə olmaq dayaranma səbəblərdən biridir.


İmmun sisteminin zəif olması 


İmmun sistemi zəif olan zaman insanın xəstəlik, bakteriya və infeksiyalara da qarşı dayanma gücü az olur.İmmuniteti yüksəltmək üçün isə bol şəkildə təzə və çiy halda meyvə, tərəvəz, göyərti yemək və vitamin komleksləri qəbul etmək lazımdır.


Yumurtalıqda yaranan iltihabın bir çox digər səbəbləri də ola bilər :


25 yaşdan az olan aktiv cinsi həyat ;


1 nəfərdən daha çox şəxslə cinsi əlaqədə olmaq ;


fərqli insanla cinsi əlaqəyə girən biri ilə cinsi əlaqədə olmaq ;


cinsi əlaqə zamanı qoruyucu (prevervativlərdən) istifadə etməmək ;


vaginanın içərisində olan yaxşı və pis bakteriyaların balansını pozan vaginal duş qəbul etmək.


Müalicə üsulu


Yumurtalıq soyuqdəyməsinin ən aktual müalicə üsulu antibyotiklər qəbul etməklə sağalmaqdır.Həkim qəbulunda olmalı və müayinə olunduqdan sonra həkimin sizə məsləhət bildiyi antibyotikləri bəlli doz və miqdarda qəbul etmək lazımdır.Bu ərəfədə bol miqdarda su içmək və vitaminli məhsularla qidalanmağı da unutmaq olmaz.

 

loading...
Oxşar xəbərlər