Vaginal Qaşıntı və Ənənəvi Üsullarla Müalicə Yolları
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Zaman keçdikcə qadınlar vaginal bölgələrində qaşıntı və yanma kimi narahatlıqlar hiss edirlər.Onu da qeyd etmək lazımdır ki, bu nahiyə qadın orqanizminin ən həssas nahiyələrindəndir.
Bu cür problemlərin yaranma səbəbləri müxtəlif ola bilər :
- bakteriyal infeksiyalar ;
- cinsi əlaqə ilə yoluxan infeksiyalar ;
- menopoz ;
- kimyəvi maddələr ;
- vaginal qılqurdları ;
- stress və zəif immun sistemi.
Bu problem olduğu zaman vaginada şişmə və qızarıqlıq, qoxu və axıntı da meydana gəlir.Hətta bu problem səbəbilə qadınların əksəriyəti sidik zamanı və cinsi əlaqə zamanı da narahatlıq hiss edirlər.
Vaginal bölgədə olan qaşıntının qarşısını almaq üçün ciddi şəkildə gigiyenik qaydalara əməl etməli və düzgün şəkildə qidalanmaq lazımdır.
Vaginal nahiyədəki qaşıntı və yanmanın qarşısını aşağıdakı üsullarla almaq mümkündür :
QATIQ
Vaginanın içərisində və kənarlarında olan yanma və qaşıntının qarşısını ala bilməyin ən saf üsullarından biri qatıqdan istifadə etməkdir.Qatığın tərkibində olan maddələrin hesabına vaginal hissədə olan bakteriyaların yayılmasının qarşısını alacaqdır.İstifadə qaydası isə belədir : vaginal bölgəyə qatıq çəkin, bunu problem həll edilənə qədər gün ərzində 2 dəfə təkrar edin.Bundan da başqa, hər gün 2 kasa sadə qatıq yeyin.
SOYUQ KOMPRESS
Soyuq kompresslərdən istifadə ilə də də problemi həll etmək mümkündür.Soyuğun təsiri ilə bu nahiyə hissizləşəcək və infeksiyaları azalacaqdır.İstifadə qaydası belədir :
Təmiz bir dəsmala bir neçə ədəd buz qoyun və bükün.Bir neçə dəqiqə boyunca bu dəsmalı yanma və qaşıntı olan bölgəyə qoyun.30 saniyə fasilə verib sonra yenidən davam edin.
BAL
Balı məlhəm kimi yanma və qaşınma olan tərəflərinizə çəkin.30 dəqiqə saxlayın.Sonra isə su ilə yuyun.Problem həll olunana qədər gündə 2 dəfə tətbiq edin.
loading...