Su çiçəyi Xəstəliyi NƏDİR və MÜALİCƏ YOLLARI

loading...

Su çiçəyi Xəstəliyi NƏDİR və MÜALİCƏ YOLLARI

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Su çiçəyi - varsiella zoster adı verilən bir virusdan yaranan və olduqca çox yoluxucu bir xəstəlikdir.Xəstəliyin ilkin əlamətləri bunlardır :

- üzdə olan qırmızı və çəhrayı rəngli kiçik qabarcıqlar ;
- halsızlıq və iştahasızlıq ;
- həddindən artıq çox qaşınma;
- baş ağrısı ;
- yüksək temperatur.

Bu xəstəlik əvvəl onu keçirməyən insanlar arasında daha tez yayılır.Xəstəliyin xüsusiyyəti isə odur ki, o,  5 - 7 gün ərzində demək olar ki, öz - özünə də keçib gedə bilər.Suçiçəyi viruslar yolu ilə yoluxan infeksiya olduğu üçün onu antibyotiklərlə müalicə etmək olmaz.

Su çiçəyini necə müalicə etmək olar?

BAL
Bal üz üçün çox gözəl nəmləndirici rolunu oynayır və su çiçəyindən qabarıb qaşınan yaralarınız üçün çox yaxşı çıxış yoludur.Qaşıntını azaltdığı kimi, yaraların da sürətli şəkildə sağalmasına yardım edəcəkdir.
- baldan bir qədər su çiçəyi olan nahiyələrə çəkin ;
- balı ən azı 20 dəqiqə saxlayın və daha sonra su ilə yuyun ;
- gün ərzində 2 dəfə təkrarlayın.

SİRKƏ VANNASI
Sirkə su çiçəyinin səbəb olduğu qaşıntını aradan qaldırır, yaranın yaramasının qarşısını alır və gələcəkdə izlərin qalmasının qarşısınıalır.Bundan başqa, sirkənin həm də mikrob öldürücü təsiri də vardır.
- 1 stəkan alma sirkəsini isti su ilə dolu vannaya töküb qarışdırın ;
- bu qarışımla dolu suyun içərisinə girib 15 dəqiqə gözləyin ( sirkənin qoxusu sizi narahat edirsə, hər hansı bir qoxulandırıcı yağlardan bir neçə damla əlavə edə bilərsiniz).

loading...
Oxşar xəbərlər